52 yaşlı şəxs süni zəka vasitəsilə tərtib edilmiş saxta musiqilər sayəsində milyonlarla dollar vəsait qazanıb
Süni İntellekt
06.09.2024
Emil Nəcəfov
Verilmiş məlumata əsasən ABŞ-ın Şimali Karolina ştatından olan Michael Smith adlı 52 yaşlı musiqiçi saxta musiqi qrupları adından yüz minlərlə saxta musiqilərin hazırlanmasında süni zəkadan istifadə edib və daha sonra hazırlanmış musiqiləri müxtəlif musiqi servislərində yerləşdirərək onlar üçün saxta insanlar tərəfindən dinləmələri təmin edib. Bu cür sxem üzrə Michael Smith milyonlarla dollar vəsait qazanıb. İndi isə onu minimum 20 il müddətinə azadlıqdan məhrum olma cəzası gözləyə bilər.
Michael Smith adlı 52 yaşlı musiqiçi musiqi servisləri ilə manipulyasiya üzrə dələduzluqda günahlandırılır. Prokurorların sözlərinə əsasən o, süni zəka vasitəsilə yüz minlərlə saxta musiqini hazırlayıb və daha sonra onları Spotify, Apple Music və Amazon Music kimi məşhur musiqi servislərində yerləşdirib. Məlumata əsasən bu cür dələduzluq sxemi vasitəsilə Smith minimum 10 milyon dollar vəsait qazanıb. Smith-in dələduzluq sxemi olduqca düşünülmüş sxem olub.
Belə ki, o, musiqi servisləri üçün nəzərdə tutulmuş minlərlə saxta hesab yaradıb. Saxta hesablar üçün nəzərdə tutulmuş elektron poçt ünvanları isə online platformalardan alınıb. 10 000 saxta hesaba sahib olandan sonra Smith prosesin olduqca qəliz olduğunu başa düşərək ödənişli yardım əsasında digər istifadəçiləri də bu işə cəlb edib. Smith həmçinin süni zəka vasitəsilə tərtib edilmiş saxta musiqilərin çoxlu sayda oxunulmasını təmin edən xüsusi proqram təminatını da hazırlayıb. Bu öz növbəsində musiqilərin real insanlar tərəfindən izləndiyi təsvirini yaradıb.
Prokurorların sözlərinə əsasən 2017-ci ildə Smith-in hesablamasına əsasən o öz saxta musiqilərini gün ərzində 661 440 dəfə işə sala bilər. Bu isə ona gündəlik 3000$ həcmində gəliri təmin etməli idi. 2019-cu ilin iyun ayının statistikasına əsasən Smith bu cür dələduzluq sxemi sayəsində hər ay 110 000$ vəsait qazanırdı. Vəsaitin bir hissəsi isə onunla əlbir olmuş şəxslərə təqdim olunurdu. Bu ilin fevral ayında isə Smith öz məktublarından birində qeyd etmişdi ki, o, 2019-cu ildən artıq 4 milyon dollar vəsait qazanıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnternetdəki məzmunların nə qədərinin süni intellekt tərəfindən istehsal edildiyi məlum olub!
İnternetdəki məzmunların nə qədərinin süni intellekt tərəfindən istehsal edildiyi məlum olub!
Son zamanlarda həyatımıza işıq sürət ilə daxil olan süni intellektin internetdəki neçə faiz məzmunu ələ keçirtdiyi məlum olub.
ChatGPT-ə it səsi də daxil olmaqla 8 yeni səs əlavə olunur!
ChatGPT-ə it səsi də daxil olmaqla 8 yeni səs əlavə olunur!
OpenAI, ChatGPT-yə 8 yeni səs əlavə edərək, ona həm insan, həm də heyvan səslərini daha təbii və real şəkildə ifadə etmə qabiliyyətini qazandırır.
Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
Coinbase, yeni bir ilkə imza atdığını açıqlayıb. Belə ki, 2 süni intellekt modeli arasında ilk dəfə kriptovalyuta əməliyyatı həyata keçirilib.
ChatGPT, istifadəçilərinin sayını açıqlayıb!
ChatGPT, istifadəçilərinin sayını açıqlayıb!
OpenAI tərəfindən 2022-ci ilin sonunda istifadəyə verilən GPT dəstəkli çatbot, bütün dünyada milyonlarla insan tərəfindən istifadə olunur. Bəs ChatGPT-nin nə qədər istifadəçisi var?
Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
Google şirkəti müasir süni zəka sistemlərinin imkanlarını genişləndirməyə qərar verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ