main-post-cover

    Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq

    Startup və Biznes
    30.10.2023
    Emil Nəcəfov
         Google OpenAI şirkətinin rəqibi hesab edilən Anthropic şirkətinə 2 milyard dollar investisiya yatırmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Anthropic süni zəka əsaslı böyük dil modellərinin hazırlanması ilə məşğul olan şirkətdir. Məlumata əsasən Google ilkin mərhələdə Anthropic-ə 500 milyon dollar investisiya yatıracaq. Yerdə qalan investisiya məbləği isə daha sonra təqdim ediləcək. Yeni investisiyalar sayəsində Anthropic hal hazırda bazarda mövcud süni zəka sistemlərindən 10 dəfə daha effektiv olacaq böyük dil modelini hazırlaya biləcək.
         Qeyd etmək lazımdır ki, 1 ay bundan öncə Amazon sözügedən şirkətə 4 milyard dollar investisiya yatırmışdı. Google isə öz növbəsində hələ keçən il 300 milyon dollara Anthropic-in 10%-ni əldə etmişdi. Anthropic-in hal hazırda flaqman məhsulu Claude 2 adlı süni zəka modelidir və o, ChatGPT tərzində fəaliyyət göstərir. Belə ki, ChatGPT kimi Claude 2 də mətnləri, proqram təminatı kodlarını tərtib edə və riyazi tapşırıqları yerinə yetirə bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq
    google-play-protect-bundan-sonra-istifadecileri-zererli-tetbiqlerden-daha-yaxsi-qoruyacaq
    Android 14-də yeni təhlükəsizlik funksiyası aşkar edilib
    android-14-de-yeni-tehlukesizlik-funksiyasi-askar-edilib
    Google Chrome brauzerinin Android versiyasına yeni təhlükəsizlik funksiyaları əlavə edilib
    google-chrome-brauzerinin-android-versiyasina-yeni-tehlukesizlik-funksiyalari-elave-edilib
    Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi
    avropa-komissiyasi-google-sirketini-4-3-milyard-avro-deyerinde-cerimeledi