main-post-cover

    WhatsApp-ın iOS versiyasında biometrik üsul ilə giriş funksiyası istifadəyə verilib

    Sosial Media
    25.04.2024
    Farid Pardashunas
         WhatsApp iPhone üçün giriş açarlarını dəstəkləyən tətbiqlər siyahısına daxil olub. Belə ki, Meta şirkəti daxilində aparılmış testlərdən sonra bu imkanın WhatsApp-ın iOS versiyasına əlavə edildiyi elan edilib. Bu funksiya messencerə giriş üçün ənənəvi şifrələr əvəzinə üz və ya barmaq izi skanı texnologiyalarından istifadəni mümkün edir. Giriş açarları imkanının dəstəyi öz növbəsində WhatsApp hesablarının təhlükəsizlik səviyyələrini yüksəltməyə və messencerə rahat girişin əldə edilməsinə imkan verir.
         Qeyd etmək lazımdır ki, giriş açarlarının dəstəyi funksiyası hələ keçən il messencerin Android üçün nəzərdə tutulmuş versiyasına əlavə edilmişdi. İndi isə növbə iOS istifadəçilərinə çatıb. Sözügedən funksiyanın aktivləşdirilməsi üçün istifadəçi messencerdəki ayarlarda hesab bölməsinə daxil olmalı və Passkey bəndini seçməlidir. Daha sonra istifadəçi giriş açarını yaratmalı olacaq. Söhbət, Face ID və ya Touch ID-dən gedir. Qeyd etmək lazımdır ki, giriş açarları dəstəyi hələ iOS 16-ya əlavə edilmişdi. Lakin onun kənar tətbiqlərlə uyğunlaşması iOS 17-də reallaşdırıldı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp yeni zəng funksiyasını əldə edəcək
    whatsapp-yeni-zeng-funksiyasini-elde-edecek
    WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
    whatsapp-da-airdrop-analoqu-istifadeye-verilecek
    WhatsApp-ın statuslar bölməsinə iki yeni funksiya əlavə olunacaq
    whatsapp-in-statuslar-bolmesine-iki-yeni-funksiya-elave-olunacaq
    WhatsApp-a çat filtrləri əlavə edilib
    whatsapp-a-cat-filtrleri-elave-edilib
    WhatsAppn Web-də yeni interfeys test edilir
    whatsappn-web-de-yeni-interfeys-test-edilir