Telegram fake xəbərləri xüsusi olaraq işarələyəcək
Sosial Media
29.05.2024
Emil Nəcəfov
Telegram fake xəbərlərə qarşı mübarizəyə başlayıb. Belə ki, messencer daxilində Fact Check funksiyasının testinə start verilib. Sözügedən yeni funksiya messencer daxilində bu və ya digər xəbər paylaşımının özündə doğru olmayan və ya yanıltıcı məlumatları birləşdirdiyi halda həmin xəbər xüsusi olaraq işarələnəcək. Məlumatda qeyd edilib ki, Telegram bu istiqamətdə faktlar və xəbərlərin doğruluqlarını yoxlayan kənar təşkilat və agentliklər ilə əməkdaşlıq edəcək. Bu və ya digər xəbər paylaşımının analizindən sonra bu cür agentlik paylaşımı müvafiq şəkildə işarələyə biləcək.
İstifadəçilər isə bu və ya digər xəbər paylaşımının hansı agentlik və ya təşkilat tərəfindən yoxlandığını görə biləcəklər. Qeyd etmək lazımdır ki, buna bənzər mexanizm həmçinin Meta şirkətinə məxsus olan Facebook və Instagram platformalarında da istifadə edilir. Lakin bu cür sistemlərin effektivlikləri bəzi suallara səbəb olurlar. Məsələn, Facebook hər dəqiqə ortalama 500 000 yeni rəy əldə edir. Heç bir təşkilat belə həcmdə kontenti operativ şəkildə analiz etmək qabiliyyətinə sahib deyil. Faktların yoxlanılması sistemləri bir platformanın sərhədindən kənara çıxan daha məşhur və sürətlə yayılan xəbərlər üçün çalışa bilərlər.
Lakin bu cür sistemlərin ümumi effektivlikləri hələ də aşağı səviyyədə olaraq qalır. Məlumata əsasən Telegram-ın fəaliyyətdə olan ölkələrin hökumətləri öz regionları çərçivəsində fact checking agentliyini özləri seçə bilərlər. Bu isə öz növbəsində məlumatların yoxlanış prosesinin obyektivliyini sual altında qoya və messencer daxilindəki məlumat şəffaflığına təsir göstərə bilər. Fact Check adlı yeni funksiyanın Telegram daxilində nə zaman və hansı formada istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram Avropa Birliyi regionunda ciddi nəzarət altında olacaq
Telegram Avropa Birliyi regionunda ciddi nəzarət altında olacaq
Avropa Birliyi Telegram üzərində nəzarəti gücləndirmək niyyətindədir. Belə ki, Telegram-da moderasiya ilə idarənin olmadığı səbəbilə messencer təkcə adi istifadəçilər arasında deyil, həmçinin terrorçular arasında da məşhurdur.
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)
Telegram-ın yaradıcısı Pavel Durov amerikalı jurnalist Tucker Carlson-a geniş müsahibə verib. Müsahibə çərçivəsində o, Telegram barəsində maraqlı faktları açıqlayıb.
Telegram-da adi istifadəçilər üçün faylların yüklənməsi sürətində məhdudiyyət tətbiq edilə bilər
Telegram-da adi istifadəçilər üçün faylların yüklənməsi sürətində məhdudiyyət tətbiq edilə bilər
Mütəxəssislər Telegram-ın açıq mənbə kodunun fraqmentlərini analiz edərək aşkar ediblər ki, messencerin Premium abunəliyinə sahib olmayan adi istifadəçiləri üçün bir mövzuda məhdudiyyət tətbiq ediləcək.
Telegram-ın bazar dəyəri nə qədər təşkil edir?
Telegram-ın bazar dəyəri nə qədər təşkil edir?
Pavel Durov yeni müsahibələrinin birində Telegram-ın nailiyyətlərindən danışıb.
Gələn aydan Telegram öz reklam gəlirlərini kanalların sahibləri ilə bölüşməyə başlayacaq
Gələn aydan Telegram öz reklam gəlirlərini kanalların sahibləri ilə bölüşməyə başlayacaq
Pavel Durov elan edib ki, artıq gələn aydan başlayaraq Telegram-dakı kanalların sahibləri öz fəaliyyətləri müqabilində pul mükafatı əldə edə biləcəklər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!