main-post-cover

    Meta-dan şok etiraf: "Bütün şəkilləriniz əlimizdədir!"

    Sosial Media
    13.09.2024
    Farid Pardashunas

         Meta, süni intellekt təlimi üçün Facebook və Instagram proqramlarındakı istifadəçi məlumatlarından istifadə etdiyini etiraf edib.

         ABC News xəbər verir ki, Meta Avstraliyadakı istifadəçilərə məlumatlarından necə istifadə ediləcəklərini seçmək imkanı vermir. Lakin Avropa İttifaqı ölkələrindəki məxfilik qanunlarına görə, istifadəçilər süni intellekt təlimi üçün bu cür məlumatların istifadəsindən “imtina etmək” hüququna malikdirlər. Lakin Avstraliyada belə bir hüquqi tənzimləmə olmadığı üçün istifadəçilər öz yazılarının Meta-nın süni intellekt modelləri tərəfindən istifadə olunmasının qarşısını ala bilməzlər. Meta bildirir ki, bu məqsədlə yalnız istifadəçilərin “ictimai” olaraq təyin edilmiş yazıları və şərhləri istifadə olunur.
         Daha məhdud məxfilik parametrləri olan yazılar, bu prosesdən təsirlənmir. Lakin Avstraliyada məxfilik qanunlarının olmaması səbəbindən Meta-nın bu təcrübəsi mübahisələrə səbəb olub. Avstraliya hökumətinin bununla bağlı hansı addımları atacağı maraq doğurur. Meta-nın bu addımı, böyük texnologiya şirkətlərinin istifadəçi məlumatlarını necə toplayıb, istifadə etməsi ilə bağlı yeni müzakirələrə səbəb olub. Nəzərinizə çatdıraq ki, məxfilik mövzusunda həssas olan istifadəçilər, tətbiq icazələrini yoxlamalı və bundan sonra daha diqqətli olmalıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta şirkəti süni zəka sistemlərinin təlimatlandırılmasında istifadəçilərin fotolarını istifadə etdiyini etiraf edib
    meta-sirketi-suni-zeka-sistemlerinin-telimatlandirilmasinda-istifadecilerin-fotolarini-istifade-etdiyini-etiraf-edib
    Instagram-da Strories paylaşımlarına şərh bildirmək funksiyası istifadəyə verilib
    instagram-da-strories-paylasimlarina-serh-bildirmek-funksiyasi-istifadeye-verilib
    Google, Amazon və digər böyük şirkətlər istifadəçilərinin danışıqlarını dinləyirlər
    google-amazon-ve-diger-boyuk-sirketler-istifadecilerinin-danisiqlarini-dinleyirler
    Meta şirkəti qarışıq reallıq eynəyi üzərində çalışır
    meta-sirketi-qarisiq-realliq-eyneyi-uzerinde-calisir
    Instagram-a yüklənən fotolara mətnlərin əlavə edilməsi funksiyası istifadəyə verilib
    instagram-a-yuklenen-fotolara-metnlerin-elave-edilmesi-funksiyasi-istifadeye-verilib