Instagram və Facebook-un azyaşlı istifadəçiləri ilə bağlı yeni məhdudlaşdırıcı tədbir görülüb
Sosial Media
26.01.2024
Emil Nəcəfov
Meta şirkəti Facebook və Instagram-ın yetkinlik yaşına çatmamış istifadəçiləri üçün yeni məhdudiyyətin işə salındığını elan edib. Yeni məhdudiyyət tədbiri çərçivəsində azyaşlı istifadəçilərin kontaktları və ya dostları siyahısında olmayan şəxslər onlara mesaj göndərmə imkanına sahib olmayacaqlar. Daha öncə Instagram-da 18 yaşından yuxarı olan şəxslərin öz abunəlikləri siyahısında olmayan yeniyetmələrə mesaj göndərmələri qadağan idi.
İndi isə bu məhdudiyyət 16 yaşdan aşağı olan bütün istifadəçilərə standart şəkildə tətbiq ediləcək. Bununla yanaşı Meta şirkəti valideynlər tərəfindən idarə funksiyasını da təkmilləşdirəcək. Daha öncə yeniyetmə istifadəçinin öz hesabında etmiş olduğu hər hansısa dəyişiklik barəsində bildiriş valideynə göndərilirdi və valideyn buna heç cür reaksiya verə bilmirdi. İndi isə valideyn idarəsi funksiyası çərçivəsində valideyn yeniyetmə istifadəçinin öz hesabındakı hər hansısa dəyişikliyə icazənin verilib-verilməməsi imkanına sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta şirkətinin bazar dəyəri 1 trilyon dollara yüksəlib
Meta şirkətinin bazar dəyəri 1 trilyon dollara yüksəlib
Dünən birjadakı səhm satışları zamanı səhmlərinin ümumi dəyərinin rekord dərəcədə yüksəlməsi səbəbilə Meta şirkətinin bazar dəyəri 1 trilyon dollara yüksəlib.
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət süni zəka texnologiyalarının hazırlanması istiqamətində NVIDIA-nın son nəsil qrafik prosessorlarının əldə edilməsi üçün milyardlarla dollar vəsait sərf edir.
Instagram-da generativ süni zəka funksiyası istifadəyə verilib
Instagram-da generativ süni zəka funksiyası istifadəyə verilib
Instagram-da generativ süni zəka dəstəkli funksiya istifadəyə verilib.
Meta şirkəti mətn formatında təsvirlər əsasında fotolar tərtib edən servisi təqdim edib
Meta şirkəti mətn formatında təsvirlər əsasında fotolar tərtib edən servisi təqdim edib
Meta şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran süni zəka servisini təqdim edib.
Facebook Messenger üçün yeni faydalı funksiyalar istifadəyə verilib
Facebook Messenger üçün yeni faydalı funksiyalar istifadəyə verilib
Meta şirkəti Facebook Messenger üçün bir sıra faydalı funksiyanı istifadəyə verib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!