Facebook ilə Instagram üçün foto və videoların süni zəka vasitəsilə redaktə funksiyaları təqdim edilib
Sosial Media
20.11.2023
Emil Nəcəfov
Meta şirkəti Facebook və Instagram üçün süni zəka vasitəsilə fotoların redaktə və videoların tərtibatı funksiyalarını təqdim edib. Sözügedən funksiyalar mətn formatında təsvirlər əsasında çalışırlar. Birinci funksiya Emu Edit adını əldə edib. Sözügedən funksiya mətn formatında lazımi təsvirlər sayəsində fotonun dəqiq redaktəsi imkanını verir. Bu funksiya sayəsində məsələn fotodakı iti panda ilə əvəzləmək və ya fotodakı geyim üzərinə hər hansısa yazını əlavə etmək olar. Bununla belə redaktə prosesi çərçivəsində redaktəsi planlaşdırılan obyektdə lazımi sahəni fərdi şəkildə seçməyə ehtiyac qalmayacaq. İkinci funksiya Emu Video adını əldə edib. Bu funksiya mətn formatında təsvirlər və ya hazır kadrlar sayəsində qısa videolar tərtib etməyi bacarır. Bu yeni funksiyaların Facebook ilə Instagram-da nə zaman istifadəyə veriləcəkləri barəsində məlumat təqdim edilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram üçün yeni filtrlər və funksiyalar anons edilib
Instagram üçün yeni filtrlər və funksiyalar anons edilib
Instagram bir sıra yeni funksiyaları, 25 yeni filtri, Reels videolarının və istifadəçinin fərdi foto və videolarından stikerlərin hazırlanması alətlərini anons edib.
Instagram-da postları və Reels videolarını bundan sonra yalnız yaxın dostlar üçün paylaşmaq mümkün olacaq
Instagram-da postları və Reels videolarını bundan sonra yalnız yaxın dostlar üçün paylaşmaq mümkün olacaq
Instagram yaxın dostlar (Close Friends) funksiyasının imkanlarını genişləndirmək qərarına gəlib.
Threads hesabının silinməsi ilə bağlı vacib funksiya istifadəyə verilib
Threads hesabının silinməsi ilə bağlı vacib funksiya istifadəyə verilib
Meta şirkətinin tərtibatçıları X-in (keçmiş Twitter) analoqu olan Threads-i təkmilləşdirməyə davam edirlər.
Avropa Birliyi Facebook və Instagram-da hədəflənmiş reklam praktikasını tamamilə qadağan edə bilər
Avropa Birliyi Facebook və Instagram-da hədəflənmiş reklam praktikasını tamamilə qadağan edə bilər
Məlumatların qorunması üzrə Avropa Şurası (EDPB) Facebook və Instagram-da hədəflənmiş reklam praktikasının Avropa Birliyinə daxil olan 30 ölkəsində və Avropa İqtisadi Zonada qadağan edilməsi ideyasına razılıq verib.
Threads-də sorğu məqsədli paylaşımlar etmək mümkün olacaq
Threads-də sorğu məqsədli paylaşımlar etmək mümkün olacaq
Meta şirkəti özünün X (keçmiş Twitter) analoqu olan Threads-ə yeni funksiyaların əlavə edilməsinə davam edir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!