main-post-cover

    Elon Musk X üçün (keçmiş twitter) iki yeni tarif planını anons edib

    Sosial Media
    20.10.2023
    Emil Nəcəfov
         X-in (keçmiş Twitter) CEO-su Elon Musk sosial şəbəkənin imkanlarından istifadə üçün nəzərdə tutulmuş iki yeni tarif planını anons edib. Birinci tarif planı aylıq ödəniş haqqının aşağı düşməsinə hədəflənib. Lakin bununla belə istifadəçiyə sərgilənəcək reklam elanlarının sayında azalma olmayacaq. İkinci tarif planı isə reklam elanlarının ümumiyyətlə sərgilənməməsinə hədəflənib və onun aylıq ödəniş haqqı daha baha qiymətə olacaq. Musk-ın elan etdiyi iki yeni tarif planı şirkətin çətin hala düşmüş maliyyə vəziyyətinə cavabıdır.
         Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə məlum oldu ki, X-in yeni istifadəçiləri sosial şəbəkənin baza funksiyalarından istifadə etmək üçün məcbur şəkildə illik 1$ ödəniş etməli olacaqlar. Bu yeni qərar hələ ki, Yeni Zelandiya ilə Filippində tətbiq edilir. İllik 1$ ödəməklə istifadəçilər X-də paylaşımlar edə və paylaşımlara rəylər bildirə biləcəklər. Lakin illik 1$ ödənişin Musk tərəfindən anons edilmiş iki yeni tarif planından biri olub-olmadığı bilinmir. Qeyd etmək lazımdır ki, sosial şəbəkədə artıq X Premium abunəliyi aktivdir və onun aylıq ödəniş haqqı 8$ təşkil edir. Yeni tarif planlarının işə salınması böyük ehtimal ilə şirkətin maliyyə vəziyyətinin yaxşılaşdırılması və yeni gəlir mənbələrinin formalaşdırılması üçün nəzərdə tutulub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk X-i (keçmiş Twitter) Avropada deaktiv edə bilər
    elon-musk-x-i-kecmis-twitter-avropada-deaktiv-ede-biler
    X-in (keçmiş Twitter) yeni istifadəçiləri məcburi illik ödəniş etməli olacaqlar
    x-in-kecmis-twitter-yeni-istifadecileri-mecburi-illik-odenis-etmeli-olacaqlar