2023-cü ildə istifadəçilər TikTok daxilində ümumilikdə 10 milyard dollar vəsait xərcləyiblər
Sosial Media
11.01.2024
Emil Nəcəfov
Bloomberg saytının vermiş olduğu hesabata əsasən TikTok öz daxilində xərclərin il ərzində 10 milyard dollara çatmış ilk tətbiq olub. Daxilində o qədər də ciddi alış-veriş sisteminin olmadığı bu sosial şəbəkə istifadəçilərə öz sevdikləri video müəlliflərinə ödənişlər etmək imkanını təqdim edir. Bloomberg tərəfindən təqdim edilmiş hesabatda xərclər də məhz bu ödənişlərdir. 2023-cü il üzrə istifadəçilərin TikTok daxilində ümumilikdə 10 milyard dollar xərcləmələri bu sosial şəbəkənin nə dərəcədə məşhur olduğunu göstərir. Ümumilikdə isə istifadəçilər müxtəlif tətbiqlər daxilində 2023-cü il ərzində 64 milyard dollar vəsait xərcləyiblər. Yəni ümumi xərclənmiş bu vəsaitin 15%-i məhz TikTok-un payına düşüb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok-un sahibi ByteDance öz süni zəka modeli üçün gizli şəkildə OpenAI texnologiyalarından istifadə edir
TikTok-un sahibi ByteDance öz süni zəka modeli üçün gizli şəkildə OpenAI texnologiyalarından istifadə edir
TikTok-un sahibi olan ByteDance şirkətinin gizli şəkildə OpenAI şirkətinin API-dan istifadə etdiyi məlum olub.
Ən çox gəlir əldə etmiş mobil tətbiqlər müəyyən edilib
Ən çox gəlir əldə etmiş mobil tətbiqlər müəyyən edilib
Data.ai adlı şirkətin analitikləri məşhur tətbiqlər bazarını analiz edərək tərtibatçıların, istifadəçilərin aktivlikləri sayəsində nə qədər gəlir əldə etdiklərini qiymətləndiriblər.
TikTok-da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir
TikTok-da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir
Ortaya çıxmış məlumata əsasən TikTok-da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!