main-post-cover

    Elon Musk-ın xAI şirkəti öz ilk süni zəka əsaslı çat-botunu təqdim edib

    Servislər
    06.11.2023
    Emil Nəcəfov
         Elon Musk-ın süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı Grok adlı süni əsaslı çat-botunu təqdim edib. Sözügedən çat-bot ChatGPT-nin və digər bənzər çat-botların təlimatlandırılması  üçün nəzərdə tutulmuş biliklərdən istifadə edərək dialoq pəncərəsində istifadəçinin suallarına cavab verir. Musk-ın sözlərinə əsasən Grok suallara cavab vermək üçün həmçinin real zaman ərzində X-dəki (keçmiş Twitter) məlumatlardan istifadə edir. Bundan əlavə olaraq ChatGPT kimi Grok da aktual məlumatların əldə olunması üçün internetə çıxış imkanını özündə birləşdirir.
         "Grok real zaman ərzində X platforması üzərindən məlumatları əldə edə bilir. Bu isə digər süni zəka modelləri üzərində böyük üstünlükdür. Grok-un sistemi elə qurulub ki, onun təqdim etdiyi cavablarda biraz yumor olsun" - deyə Musk qeyd edib. Məlumata əsasən sözügedən çat-bot insanlar arasında müzakirələrə səbəb olan mövzuları əhatə edən suallara cavab versə də, ciddi məsələlərdə bunu etməyəcək. Məsələn istifadəçi çat-botdan hansısa narkotik vasitənin hazırlanması təlimatını əldə edə bilməyəcək. Musk bildirib ki, Grok-dan istifadə imkanını ilk olaraq X-dəki Premium+ istifadəçiləri əldə edəcəklər. Lakin çat-bot ilk növbədə qapalı beta test mərhələsindən keçməli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk-ın xAI şirkəti artıq bugün ilk süni zəka modelini istifadəyə verəcək
    elon-musk-in-xai-sirketi-artiq-bugun-ilk-suni-zeka-modelini-istifadeye-verecek
    Elon Musk: "Süni zəka səbəbilə insanların gələcəkdə çalışmalarına ehtiyac qalmayacaq"
    elon-musk-suni-zeka-sebebile-insanlarin-gelecekde-calismalarina-ehtiyac-qalmayacaq
    Elon Musk-ın fikrincə "ekoloji" süni zəka insanları məhv edə bilər
    elon-musk-in-fikrince-ekoloji-suni-zeka-insanlari-mehv-ede-biler
    X-in bazar dəyəri 1 il ərzində iki dəfə aşağı düşüb
    x-in-bazar-deyeri-1-il-erzinde-iki-defe-asagi-dusub
    Elon Musk X-i (keçmiş Twitter) maliyyə mərkəzinə çevirməyi planlaşdırır
    elon-musk-x-i-kecmis-twitter-maliyye-merkezine-cevirmeyi-planlasdirir