“e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur
Reklam və Marketinq
02.11.2023
Emil Nəcəfov
Telekommunikasiya nəhəngi “e&International” (keçmiş adı “Etisalat Group”) Azercell ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib. “e&international” baş ofisi BƏƏ-nin Abu Dabi şəhərində yerləşən və 16 ölkədə müasir rəqəmsal telekommunikasiya şirkətləri portfelini inkişaf etdirən qlobal təşkilatdır.
Bu əməkdaşlıq Azercell-in ölkənin lider mobil operatoru kimi mövqeyini daha da gücləndirəcək, abunəçilərə yeni xidmətlər və daha geniş bağlantı imkanları üçün zəmin yaradacaq.
30 oktyabr 2023-cü ildə Dubayda imzalanan tərəfdaşlıq müqaviləsi iki telekommunikasiya şirkətinin əməkdaşlığında yeni səhifə açır.
İmzalanma mərasimində Azercell-in prezidenti Zərinə Zeynalova, “e& International”-un baş direktoru Mixail Qerçuk, eləcə də hər iki şirkətin rəhbər əməkdaşları iştirak ediblər.
“e&International” ilə imzalanmış strateji tərəfdaşlığın məqsədi Azercell abunəçilərinə innovativ əməkdaşlıq çərçivəsində qabaqcıl texnoloji həllər, daha geniş xidmət spektri və Azərbaycandan kənarda daha geniş bağlantı imkanları təqdim etməkdir.
Azercell-in yerli bazarda sahib olduğu geniş təcrübəsinin “e&International” şirkətinin təqdim etdiyi qlobal əhatə və qabaqcıl texnologiyalarla birləşməsi ölkədə telekommunikasiya sektorunun inkişafına yeni təkan verəcək.
Ölkənin lider mobil operatoru “e& International” tərəfdaş şəbəkəsinə qoşularaq ən qabaqcıl təcrübəyə, eləcə də innovativ texnologiyalara və həllərə unikal çıxış imkanı əldə edəcək.
Tərəfdaşlıq sazişi iki təşkilat arasında əməkdaşlıq və təcrübə mübadiləsi çərçivələrini müəyyənləşdirir. Belə ki, sazişin şərtlərinə əsasən, “e& International” şirkəti Azercell-ə kommersiya və əməliyyat fəaliyyətinin idarə edilməsində, təchizat zəncirinin optimallaşdırılmasında, topdansatış ticarətinin və rouminq imkanlarının genişləndirilməsində dəstək verəcək.
İmzalanma mərasimində Azercell-in prezidenti Zərinə Zeynalova bildirib: "Müasir rəqəmsal telekommunikasiya şirkətlərindən ibarət geniş şəbəkəyə malik dünya lideri “e&International” ilə güclərimizi birləşdirməkdən şərəf duyuruq. Bu əməkdaşlıq bizim “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədimizə tam uyğundur. Bu strateji məqsədin əsas istiqamətlərindən biri məhz abunəçilərimizi qabaqcıl həllər və üstün müştəri təcrübəsi ilə təmin etməkdir. Biz bu tərəfdaşlığın qarşılıqlı faydalı olacağına ürəkdən inanırıq.”
“e&International” şirkətinin baş direktoru Mixail Qerçuk bildirib: "Azercell-in tərəfdaş proqramımıza qoşulmasından olduqca məmnunuq. Bu proqram müstəqil telekommunikasiya operatorlarına rəqabət mühitində biznesin idarə olunması, istedadların işə cəlb edilməsi və yüksək əməliyyat xərclərinin idarə olunması ilə bağlı problemlərin həllində dəstək olmaq üçün yaradılıb. Ümid edirik ki, bu tərəfdaşlıq Azercell-in gəlirliliyinin artırılmasına, əməliyyatlarının optimallaşdırılmasına, xərclərinin azaldılmasına dəstək olacaq. Bu da öz növbəsində şirkətin daha da sürətli inkişafına töhfə verəcək."
Azercell-in “e& International” şirkəti ilə imzaladığı tərəfdaşlıq müqaviləsi ölkənin aparıcı mobil operatorunun davamlı təkmilləşməyə və abunəçilərinə innovativ həllər və ən yaxşı telekommunikasiya xidmətləri göstərməsinə dair üzərinə götürdüyü öhdəliyi həyata keçirməsinə bariz nümunədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
Lider mobil operator yüksək hədəflərə çatmaq üçün məlumat arxitekturasını yeniləyib
Azercell TEDx Bakı konfransına dəstək oldu
Azercell TEDx Bakı konfransına dəstək oldu
Budəfəki spikerlər “Qırılma” (Disruption) mövzusu ətrafında birləşərək cəmiyyət və fərdləri dəyişməyə sövq edən təsirlər haqqında fikirlərini bölüşdülər.
“Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi
“Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi
“Azercell Telekom”un dəstəyi ilə portalın texniki və funksional imkanları genişləndirilib
Azercell “Rebuild Karabakh”a dəstəkdir
Azercell “Rebuild Karabakh”a dəstəkdir
Lider mobil operatorun Baş sponsorluğu ilə keçirilən “Rebuild Karabakh” sərgisinin məqsədi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət cəlb etməkdir
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!