Youtube, öz oyun xidmətini bütün istifadəçiləri üçün açıq elan edib!
Proqram Təminatı
29.05.2024
Farid Pardashunas
YouTube, keçən il təqdim etdiyi və Premium abunəçilərin mini oyunları oynaya biləcəyi "Playables" xidmətini bütün istifadəçilərin istifadəsinə verib.
YouTube, kitabxanasına şahmat və tapmaca oyunlarından "Angry Birds Showdown", "Trivia Crack" və "Cut the Rope" kimi məşhur gündəlik mobil oyunlara qədər 75-dən çox oyun daxildir. Oyunlara daxil olmaq üçün sadəcə olaraq "Explore" menyusundan "Playables" seçiminə klik etmək kifayət edir. Azərbaycanda hələlik mövcud olmayan xidmət, tezliklə mərhələli şəkildə istifadəyə veriləcək.
Son zamanlar, texnologiya şirkətləri istifadəçiləri cəlb etmək və platformada saxlamaq üçün təsadüfi oyunlar təklif etməyə başlayıblar. Əvvəllər Netflix, LinkedIn və New York Times istifadəçilərə oxşar oyun xidmətlərini təqdim etmişdilər. YouTube da eyni yolu izləyərək istifadəçilərinə əyləncəli vaxt keçirməyə imkan verəcək oyun xidmətini istifadəyə verib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube reklam bloklayıcıları ilə yeni mübarizə üsuluna əl atıb
YouTube reklam bloklayıcıları ilə yeni mübarizə üsuluna əl atıb
Reklam bloklayıcılarından istifadə edən YouTube istifadəçiləri aşkar ediblər ki, məşhur video platformadan reklam bloklayıcısının aktiv olduğu halda istifadəsi zamanı videolar avtomatik olaraq sonlanırlar.
YouTube-nin yeni dizaynı istifadəçi reaksiyalarına görə geri çəkilib!
YouTube-nin yeni dizaynı istifadəçi reaksiyalarına görə geri çəkilib!
YouTube, 2024-cü ilin aprelində təqdim edilən yeni veb-sayt dizaynı testini istifadəçilərdən gələn sıx reaksiyalara görə dayandırıb.
MrBeast-in "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" videosu saxta çıxdı!
MrBeast-in "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" videosu saxta çıxdı!
MrBeast tərəfindən həm YouTube, həm də X-də yayımlanan "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" adlı videonun uydurma olduğu üzə çıxıb. Videoda gördüyümüz yer isə əslində Xorvatiyada turistlərin və yerli əhalinin tez-tez ziyarət etdiyi sahil ərazisidir.
Google, ReVanced kimi reklamsız YouTube videolarını izləməyə imkan verən tətbiqləri blok etməyə başlayıb!
Google, ReVanced kimi reklamsız YouTube videolarını izləməyə imkan verən tətbiqləri blok etməyə başlayıb!
Dünyanın ən məşhur onlayn video platforması olan YouTube bir müddətdir ki, reklam bloklayıcılara qarşı mübarizə aparır. Platforma artıq bir neçə müddətdir ki, bir çox ölkədə reklam bloklayıcı plaginləri əngəlləyir.
YouTube öz yeni dizaynını test etməyə başlayıb
YouTube öz yeni dizaynını test etməyə başlayıb
YouTube öz saytının yeni dizaynını test etməyə start verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ