main-post-cover

    Windows XP-ni nəyə görə 2024-cü ildə istifadə etmək lazım deyil? (VİDEO)

    Proqram Təminatı
    17.05.2024
    Emil Nəcəfov
         Eric Parker adlı texnobloggerin öz YouTube kanalında təqdim etmiş olduğu maraqlı videoda Windows XP-nin zərərli proqram təminatlarından qorunma mövzusunda necə geridə qaldığı əks olunub. Məlum olub ki, sözügedən əməliyyat sistemi vasitəsilə çalışan kompüteri internetə qoşmaq kifayətdir ki, bir neçə dəqiqə ərzində əməliyyat sistemi müxtəlif zərərli proqram təminatları ilə yoluxsun. Məlumata əsasən hətta kompüter istifadəçisinin bilavasitə iştirakı olmadan da dəqiqələr ərzində ona sistem elementləri kimi maskalanan zərərli fayllar daxil olurlar.
         Daha bir neçə saatdan sonra isə kompüterdə yeni istifadəçi hesabı yaranır, Task Manager-də isə distant FTP serverinin işə salınmasına dair əlamətlər ortaya çıxır. Videodan əlavə texnoblogger kompüterə Process Explore tətbiqinin köhnə versiyasını quraşdırıb və aşkar edib ki, əməliyyat sistemində Microsoft compilation adlı proses gedir. Bu prosesin hansı məqsədlə işə düşdüyü isə bilinmir. Malwarebytes adlı tətbiq vasitəsilə sürətli skan nəticəsində məlum olub ki, əməliyyat sistemi özündə 8 zərərli faylı birləşdirir. Həmin fayllar kompüterin sadıcə internetə qoşulması nəticəsində sistemə yükləniblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft, öz mobil oyun mağazasını açmağa hazırlaşır!
    microsoft-oz-mobil-oyun-magazasini-acmaga-hazirlasir
    Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb
    microsoft-abs-xususi-kesfiyyat-agentlikleri-ucun-generativ-suni-zeka-sistemi-yaradib
    Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib
    microsoft-meshur-android-tetbiqlerde-ciddi-bosluq-askar-edib
    Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
    microsoft-ne-ucun-data-merkezlerini-okeanin-derinliklerinde-yerlesdirir
    Microsoft, Windows 10-dakı cansıxıcı problemi həll edə bilmədiyini qəbul edib!
    microsoft-windows-10-daki-cansixici-problemi-hell-ede-bilmediyini-qebul-edib