main-post-cover

    Stock fotoların tərtibatı üçün yeni süni zəka platforması təqdim edilib

    Proqram Təminatı
    09.01.2024
    Emil Nəcəfov
         Getty Images şirkəti NVIDIA ilə birgə Generative AI by iStock adlı yeni platformanı təqdim edib. Sözügedən platforma mətn formatında təsvirlər əsasında stock fotoların tərtib edilməsi üçün nəzərdə tutulub. Bu yeni platforma daha öncə anons edilmiş Generative Getty Images adlı servisin inkişaf etmiş versiyasıdır. Lakin Generative AI by iStock yalnız stock kitabxanalar üçün fotoların tərtib edilməsinə istiqamətlənib.
         Platforma NVIDIA-nın Picasso adlı süni zəka modeli əsasında çalışır. Məlumata əsasən sözügedən yeni platforma stock fotoların seçilməsi mövzusunda freelancer-lərin və kiçik biznesin işini sadələşdirə bilər. Servisdən istifadə haqqı 14.99$ təşkil edir. Bu qiymətə süni zəkaya göndərilməsi üçün nəzərdə tutulmuş 100 ədəd sorğu daxildir. Sistem hər sorğu üçün 4 müxtəlif foto tərtib edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA GeForce RTX 40 SUPER videokart seriyası təqdim edilib - QİYMƏTİ
    nvidia-geforce-rtx-40-super-videokart-seriyasi-teqdim-edilib-qiymeti
    NVIDIA GeForce RTX 40 SUPER videokartlarının hansı həcmdə video yaddaşa sahib olacaqları məlum olub
    nvidia-geforce-rtx-40-super-videokartlarinin-hansi-hecmde-video-yaddasa-sahib-olacaqlari-melum-olub
    NVIDIA-nın GeForce RTX 50 videokart seriyası nə zaman satışa çıxacaq?
    nvidia-nin-geforce-rtx-50-videokart-seriyasi-ne-zaman-satisa-cixacaq
    NVIDIA GeForce RTX 40 SUPER videokartlarının nə zaman təqdim olunacaqları açıqlanıb
    nvidia-geforce-rtx-40-super-videokartlarinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    NVIDIA GTX videokart seriyasını bağlayacaq
    nvidia-gtx-videokart-seriyasini-baglayacaq