main-post-cover

    OneUI 6.1 yenilənməsindən sonra Samsung smartfonlarında sürətli şarj texnologiyası ilə problemlər yaşanır

    Proqram Təminatı
    03.04.2024
    Emil Nəcəfov
         Sosial şəbəkə və Samsung forumunun istifadəçiləri Android 14 əsaslı OneUI 6.1 istifadəçi interfeysindən şikayətlənməyə başlayıblar. Samsung forumunun istifadəçilərindən biri bildirib ki, onun Galaxy Z Fold 5 smartfonu OneUI 6.1 yenilənməsindən sonra 25 vatt gücündə olan şarj adapterindən cəmi 15 vatt güc əldə edə bilir. OneUI 6.1-dən əvvəl isə şarj adapteri normal şəkildə çalışırdı. Reddit-də və X-də (keçmiş Twitter) Galaxy S23 istifadəçiləri də eyni problemdən şikayətləniblər. Bəzi istifadəçilər isə bildiriblər ki, OneUI 6.1 yenilənməsindən sonra onların smartfonları yüksək temperatura kimi qızmağa başlayıblar. 9to5google saytı temperatur artımını OneUI 6.1-in əldə etmiş olduğu süni zəka funksiyaları ilə əlaqələndirir. Samsung bu məsələyə hələ aydınlıq gətirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 smartfonlarında iki fərqli prosessor istifadə ediləcək
    samsung-galaxy-s25-smartfonlarinda-iki-ferqli-prosessor-istifade-edilecek
    Samsung birinci nəsil Galaxy Flip-in dəstəyini dayandırıb
    samsung-birinci-nesil-galaxy-flip-in-desteyini-dayandirib
    Samsung-un 2020-ci il flaqman smartfonları təhlükəsizlik yenilənmələrini artıq hər ay əldə etməyəcəklər
    samsung-un-2020-ci-il-flaqman-smartfonlari-tehlukesizlik-yenilenmelerini-artiq-her-ay-elde-etmeyecekler
    Samsung Bixby səsli köməkçisinə generativ süni zəkanı inteqrasiya edə bilər
    samsung-bixby-sesli-komekcisine-generativ-suni-zekani-inteqrasiya-ede-biler
    Samsung Galaxy Z Fold 6 Ultra-nın mövcudluğuna dair daha bir məlumat verilib
    samsung-galaxy-z-fold-6-ultra-nin-movcudluguna-dair-daha-bir-melumat-verilib