Google kənar Android tətbiqlərin yüklənməsi prosesini daha təhlükəsiz edəcək
Proqram Təminatı
07.11.2024
Emil Nəcəfov
Android əməliyyat sistemi istifadəçilərə Google Play-dən kənar olan mənbələrdən tətbiqləri yükləməyə imkan verir. Lakin bu halda istifadəçi Android-də olan təhlükəsizlik sistemini deaktiv etməlidir. Məsələ burasındadır ki, əksər istifadəçilər kənar mənbələrdən lazımi tətbiqləri yükləyəndən sonra təhlükəsizlik sistemini yenidən aktivləşdirməyi unudurlar. Bu isə öz növbəsində cihazı müxtəlif təhlükələr üçün açıq edir. Google yaxın zamanda bu vəziyyəti dəyişəcək.
Belə ki, şirkət Android-də olan Play Protect təhlükəsizlik sisteminin müddətli deaktivasiyası özəlliyi üzərində çalışır. Bu yeni imkan sayəsində təhlükəsizlik sistemi deaktiv ediləndən müəyyən müddət sonra avtomatik şəkildə yenidən aktivləşəcək. Hətta istifadəçi fərdi şəkildə sistemi aktivləşdirməyi unutsa belə, bu, cihazın təhlükəsizliyinə təsir göstərməyəcək. Ortaya çıxmış screenshot fotodan da görmək olar ki, Play Protect-in müddətli deaktivasiyasını reallaşdıracaq Pause düyməsi olacaq. Bu yeni funksiya hələ test mərhələsindədir və onun nə zaman istifadəyə veriləcəyi bilinmir
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android 16-nın istifadəyə veriləcəyi tarix açıqlanıb
Android 16-nın istifadəyə veriləcəyi tarix açıqlanıb
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Google şirkəti Android 16-nı gələn il gözlənildiyindən daha tez istifadəyə verəcək.
Google Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor G5 prosessoru Geekbench testlərindən keçib
Google Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor G5 prosessoru Geekbench testlərindən keçib
Bir neçə müddət bundan öncə Google Frankel kod adına sahib cihazın Geekbench testlərindən keçdiyi məlum olub. Güman olunur ki, sözügedən cihaz Google şirkətinin hələ öz cihazlarında rəsmi şəkildə istifadə etməmiş Tensor G5 prosessoru vasitəsilə çalışır.
Yaxın zamanlarda Android və iOS arasında fayl transferi asanlaşa bilər!
Yaxın zamanlarda Android və iOS arasında fayl transferi asanlaşa bilər!
Android cihazlar arasında sürətli fayl paylaşımı imkanı verən Quick Share, Windows-dan sonra iOS və macOS-a da gələ bilər.
Android 16 gözlənildiyindən daha tez istifadəyə veriləcək
Android 16 gözlənildiyindən daha tez istifadəyə veriləcək
Android-in rəsmi bloqunda əməliyyat sisteminin yenilənmiş yol xəritəsi təqdim edilib. Təqdim edilmiş yol xəritəsindən məlum olub ki, Google şirkəti növbəti versiya olacaq Android 16-nın istifadəyə verilməsini ləngitməyəcək.
Google Play-də tətbiqlər barəsində məlumatlar verəcək süni zəka əsaslı çat-bot istifadəyə veriləcək
Google Play-də tətbiqlər barəsində məlumatlar verəcək süni zəka əsaslı çat-bot istifadəyə veriləcək
Google Play-in yeni beta versiyasında maraqlı süni zəka funksiyasının təsviri aşkar edilib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!