Google Android Lollipop-un dəstəyini dayandırıb
Proqram Təminatı
12.07.2024
Emil Nəcəfov
Google zaman-zaman daha köhnə Android versiyalarının dəstəklərini dayandırır. Bu dəfə növbə Android Lollipop əməliyyat sisteminə çatıb. Şirkət rəsmi şəkildə elan edib ki, o, 2014-cü ildə satışa çıxmış və Android Lollipop əməliyyat sistemini əldə etmiş smartfonların dəstəklərini dayandırır. Beləliklə Android Lollipop vasitəsilə çalışan smartfonlar bundan sonra yeni Android funksiyalarını və təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Üstəlik bu cür smartfonlarda bəzi tətbiqlərin işə salınmasında problemlər yaşana bilər. Qeyd etmək lazımdır ki, Android Lollipop əməliyyat sistemi aktiv Android istifadəçilərinin 1%-dən az hissəsini təşkil edir. Google daha yeni Android versiyalarının təkmilləşdirilmələrinə diqqət ayırmaq üçün Android Lollipop-un dəstəyini rəsmi şəkildə dayandırıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
WhatsApp, söhbətlərə Google Translate-i əlavə etməyi planlaşdırır!
WhatsApp, söhbətlərə Google Translate-i əlavə etməyi planlaşdırır!
WhatsApp dünyada milyonlarla istifadəçisi olması ilə yanaşı, təqdim etdiyi müxtəlif xüsusiyyətlərlə də diqqət çəkir. İndi o, istifadəçilərinin beynəlxalq ünsiyyətini daha da asanlaşdırmaq üçün Google Translate inteqrasiyasını aktivləşdirməyi planlaşdırır.
Təqdimata hazırlaşan Google Pixel Watch 3 barəsində yeni təfərrüatlar təqdim edilib
Təqdimata hazırlaşan Google Pixel Watch 3 barəsində yeni təfərrüatlar təqdim edilib
Android Authority saytı yaxın zamanda təqdim olunacaq Google Pixel Watch 3 smart saatının ətraflı texniki göstəricilərini bölüşüb.
Google, Meta və digər şirkətlər süni zəka səbəbilə öz konfidensiallıq siyasətlərini gizli şəkildə dəyişirlər
Google, Meta və digər şirkətlər süni zəka səbəbilə öz konfidensiallıq siyasətlərini gizli şəkildə dəyişirlər
Google, Adobe və Meta kimi böyük texnoloji şirkətlər öz konfidensiallıq siyasətlərinə dəyişikliklər əlavə edirlər. Həmin dəyişikliklər onlara süni zəka modellərinin təlimatlandırılmalarında istifadəçilərin məlumatlarından istifadə etmək imkanını verirlər.
Google, süni intellektlə çalışan video tərtib etmə aləti Google Vids-i bəzi istifadəçilər üçün əlçatan edib!
Google, süni intellektlə çalışan video tərtib etmə aləti Google Vids-i bəzi istifadəçilər üçün əlçatan edib!
Google, mətndən video yaratmaq üçün süni intellekt vasitəsi olan Google Vids-i bəzi istifadəçilər əlçatan edib.
Google Translate-yə bəlkə də adını belə eşitmədiyiniz 110 ədəd fərqli dil əlavə olunub!
Google Translate-yə bəlkə də adını belə eşitmədiyiniz 110 ədəd fərqli dil əlavə olunub!
İlk dəfə 2006-cı ildə istifadəyə verildiyi zaman hər kəsi heyran edən Google Translate, süni intellekt modellərinin inkişafı ilə öz qabiliyyətlərini artırmaqda davam edir. Başlanğıcda yalnız bir neçə dildə xidmət göstərən platforma, bu gün edilən elana görə, daha 110 fərqli dilə ev sahibliyi edəcək.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!