Avropa Birliyi iPadOS-in antimonopoliya tələblərinə uyub-uymadığını yoxlayır
Proqram Təminatı
06.11.2024
Emil Nəcəfov
Avropa Birliyinin antimonopoliya orqanları Apple şirkətinin iPadOS əməliyyat sisteminin Avropa Birliyi regionunun böyük texnoloji şirkətlərin təsirlərinin məhdudlaşdırılmasına istiqamətlənmiş qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamağa başlayıb. Bu barədə məlumatı Avropa Birliyinin əsas tənzimləyici orqanı olan Avropa Komissiyası verib. Həmçinin ədalətli bazar rəqabətinin dəstəklənməsini təmin edən orqan rolunda çıxış edən Avropa Komissiyasının bu addımı Apple şirkətinin iPadOS əməliyyat sisteminin yerli qanunların tələblərinə uyğun olması ilə bağlı hesabatından sonra atılıb.
Qeyd etmək lazımdır ki, hələ aprel ayında Avropa Komissiyasının rəsmiləri bildirmişdilər ki, iPadOS biznes ilə müştəri arasında vacib əlaqə kanalıdır. “Komissiya Avropa Birliyinin rəqəmsal bazarlar üzrə qanununun (DMA) tələblərinə uyulması mövzusunda iPadOS əməliyyat sistemi üçün tətbiq edilmiş tədbirlərin nə dərəcədə effektiv olduqlarını yoxlayacaq. Komissiyanın qiymətləndirməsi həmçinin bu mövzuda maraqlı olan tərəflərin töhfələrinə əsaslanacaq” - deyə Avropa Komissiyasının rəsmi bəyanatında qeyd edilib.
Apple rəsmiləri Avropa Komissiyası tərəfindən atılmış bu addıma hələ heç bir fikir bildirməyiblər. Qeyd etmək lazımdır ki, Avropa Birliyi regionunda bu il qüvvəyə minmiş rəqəmsal bazarlar üzrə qanunvericiliyə əsasən Apple şirkəti iPad planşetlərində istifadəçilərə standart şəkildə istifadə edilən brauzerin dəyişilməsi imkanını verməli, öz əməliyyat sistemini rəqəmsal kontentləri təklif edən kənar platformalar üçün açıq etməli və üstəlik iPad planşetlərinə kənar istehsalçıların qulaqlıqları ilə stiluslarının qoşulmasına icazə verməlidir. DMA tələblərinin mümkün pozuntuları halında isə şirkəti külli miqdarda cərimələr gözləyə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!
Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!
Çində şarjda olan bir iPhone 14 Pro Max qəfil bomba kimi partlayıb. Telefonun sahibi kiçik xəsarət alıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Növbəti iPad Air, iMac və Studio Display üçün yeni növ ekran hazırlanır
Növbəti iPad Air, iMac və Studio Display üçün yeni növ ekran hazırlanır
İnsayderlərin vermiş olduqları məlumata əsasən Apple şirkəti növbəti iPad Air, iMac və Studio Display modellərinin əldə edəcəkləri yeni növ ekran üzərində çalışır.
Apple smart eynək mövzusunda şirkət daxili araşdırma aparır
Apple smart eynək mövzusunda şirkət daxili araşdırma aparır
Apple şirkəti bu ilin fevral ayında Vision Pro adlı qarışıq reallıq cihazını satışa çıxartdı. Lakin şirkət Vision Pro-nun satışları ilə bağlı problemlər yaşayır.
Apple şirkəti Pixelmator tətbiqini almağa hazırlaşır
Apple şirkəti Pixelmator tətbiqini almağa hazırlaşır
Pixelmator tətbiqi fotoların tərtibatı və redaktəsi üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərdən biridir. O, Photoshop-un alternativ variantı kimi istifadə edilir.
iOS 18.2 düşünüldüyündən daha tez istifadəyə veriləcək
iOS 18.2 düşünüldüyündən daha tez istifadəyə veriləcək
Apple şirkəti iOS 18.2-ni istifadəyə verməyə hazırlaşır. Daha öncə iOS 18-in bu yeni versiyasının 10 dekabr tarixindən sonra istifadəyə veriləcəyi düşünülürdü.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!