Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb
Nəqliyyat
24.06.2024
Emil Nəcəfov
Xiaomi-nin SU7 adlı ilk elektromobilinin satışa çıxmasından cəmi 2 ay keçməsinə baxmayaraq şirkətin növbəti elektromobili barəsində məlumatlar artıq ortaya çıxıblar. Belə ki, şirkətin növbəti elektromobili Çinin avtomobil yollarında görülüb. Ortaya çıxmış fotolara əsasən şirkətin növbəti elektromobili öz gövdəsinin forması baxımından Ferrari Purosangue avtomobilini xatırladır. Məlumata əsasən Xiaomi-nin növbəti elektromobili krossover olacaq. Məlumatda qeyd edilib ki, şirkətin elektrikli krossoverinin kod adı MX11-dir.
Fotolarda elektromobilin gövdəsi xüsusi örtük ilə əhatə olunub. Bu, onun dizaynını gizlətmək üçün edilib. Lakin bununla belə elektromobilin ümumi gövdə formasını dəyərləndirmək olar. Fotolardan da görmək olar ki, bu elektromobil uzun kapot hissəsinə və ön şüşənin yuxarı hissəsində LiDAR skanerinə sahibdir. LiDAR skaneri elektromobildə avtopilot sisteminin olacağına işarə edir. Bloomberg saytının sözlərinə əsasən Xiaomi elektrikli krossoverin kütləvi istehsalına 2025-ci ilin sonundan tez start verməyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Xiaomi-nin Redmi brendi bu ayın əvvəlində Redmi 13 4G smartfonunu təqdim etmişdi. İndi isə Redmi brendi Redmi 13 5G-nin təqdimatına hazırlaşır.
Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
Xiaomi yaxın zamanda qatlana bilən Xiaomi Mix Fold 4 ilə yanaşı həmçinin ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi Mix Flip-i də təqdim etməlidir.
Xiaomi Mix Fold 4-ün vacib özəlliklərindən biri məlum olub
Xiaomi Mix Fold 4-ün vacib özəlliklərindən biri məlum olub
Xiaomi şirkəti yaxın aylar ərzində yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, Xiaomi Mix Fold 4-dən gedir.
Redmi K70 seriyasının növbəti flaqman modelinin texniki imkanları ortaya çıxıblar
Redmi K70 seriyasının növbəti flaqman modelinin texniki imkanları ortaya çıxıblar
Xiaomi-nin Redmi brendinin yaxın zamanda Redmi K70 Ultra flaqman smartfonunu təqdim edəcəyi gözlənilir.
Təqdimata orta büdcəli Redmi Pad SE 8.7 4G planşeti hazırlaşır
Təqdimata orta büdcəli Redmi Pad SE 8.7 4G planşeti hazırlaşır
Xiaomi-nin Redmi brendi özünün yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Redmi Pad SE 8.7 4G-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ