main-post-cover

    Xiaomi elektromobilinin əsasını təşkil edən platformanın təqdimatı anons edilib

    Nəqliyyat
    25.12.2023
    Emil Nəcəfov
         Xiaomi-nin CEO-su Lei Jun şirkətin elektromobil istehsalı üçün nəzərdə tutulmuş Stride adlı platformanın təqdimatını anons edib. Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edilmiş posterə əsasən Stride platformasının təqdimatı 28 dekabr tarixində baş tutacaq. Avtomobil platforması bir qayda olaraq özündə avtomobil gövdəsinin bir hissəsini, asqını, təkər bazasını, sükan mexanizmini, transmissiyanı və mühərriki birləşdirir. Lakin insayderlərin sözlərinə əsasən Stride platformasının tərkibinə həmçinin elektromobilin süni zəka alqoritmləri vasitəsilə hərəkəti funksiyası da daxil ola bilər. Çox güman ki, Xiaomi-nin Su7 adlı elektromobili də məhz Stride platforması əsasında qurulub. Lei Jun bildirib ki, təqdimat çərçivəsində yalnız platformanın əsas texnologiyaları sərgilənəcək. Elektromobilin özünün nə zaman təqdim olunacağı isə hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi TV A50 adlı yeni büdcəli smart televizor təqdim edilib - QİYMƏTİ
    xiaomi-tv-a50-adli-yeni-budceli-smart-televizor-teqdim-edilib-qiymeti
    Redmi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır
    redmi-yeni-budceli-smartfonunu-teqdim-etmeye-hazirlasir
    Gələn ilin yanvar ayından iyun ayına kimi Xiaomi ilə Redmi-nin ümumilikdə 59 cihazı HyperOS-i əldə edəcək
    gelen-ilin-yanvar-ayindan-iyun-ayina-kimi-xiaomi-ile-redmi-nin-umumilikde-59-cihazi-hyperos-i-elde-edecek
    Xiaomi şirkəti öz elektromobili vasitəsilə artıq demək olar yarım milyon dollar qazanıb
    xiaomi-sirketi-oz-elektromobili-vasitesile-artiq-demek-olar-yarim-milyon-dollar-qazanib
    Redmi K70 smartfonlarının satışları 2 həftəyə ümumilikdə 1 milyona çatıb
    redmi-k70-smartfonlarinin-satislari-2-hefteye-umumilikde-1-milyona-catib