Sürücüsüz avtomobil ABŞ prezidentliyinə namizədin qarşısını kəsib!
Nəqliyyat
30.09.2024
Farid Pardashunas
Sürücüsüz avtomobillər istehsal edən Waymo şirkətinin parkındakı avtomobil "u" manevri etmək istəyərkən yolda ilişib qalıb. Bu problem, ABŞ prezidentliyinə namizəd Kamala Harris-in konvoyunun da dayanmasına səbəb olub.
Yayılan videolara görə, Waymo şirkətinə məxsus sürücüsüz avtomobil, küçənin ortasında "u" manevri etmək istəyərkən yolda qalmış kimi görünür. Avtomobil öz-özünə bu vəziyyətdən çıxa bilmədiyi üçün bir polis əməkdaşının avtomobilə minərək onu yoldan çəkdiyi qeyd edilir. Sürücüsüz avtomobil yoldan çıxarılanadək Kamala Harris-in konvoyu da yolda qalıb. Waymo, bir müddətdir San Francisco-da sürücüsüz avtomobillərini kommersiya məqsədilə sınaqdan keçirir. Bu avtomobillər, razılaşmalara əsasən hələlik yol hərəkəti cəzalarından azaddır. Lakin bu vəziyyət yaxın zamanda sürücüsüz avtomobil şirkətlərinə yol hərəkəti qayda pozuntularına görə, cərimə tətbiq edilməsinə imkan verən qanun layihəsinin təsdiqi ilə dəyişəcək.
Ancaq bu cəzaların ən azı layihəyə görə, heç bir maliyyə sanksiyaları olmayacaq. Bunun yerinə pozuntular yerli motorlu nəqliyyat idarəsinə bildiriləcək. Əgər bir şirkətin xəbərdarlıqları müəyyən həddi aşarsa, Avtomobil Nəqliyyatı Departamenti şirkətin icazələrini dəyişə və ya ləğv edə biləcək. Bu qanunun 2026-cı ilə qədər qüvvəyə minməsi gözlənilir. Buna görə də Harris-in konvoyunu dayandıran və trafiki ləngidən son hadisəyə görə cərimə tətbiq edilməyəcək. Təxminlərə görə, Waymo-nun 778 sürücüsüz robot-taksi avtomobili var. Şirkət bu avtomobillərlə aylıq 400 min sərnişin daşıyır. Waymo, San Francisco-dan əlavə Phoenix, Austin və Los Angeles-də də fəaliyyət göstərir. Şirkət, sürücüsüz avtomobillərinin polis tərəfindən bildirildiyi qəzaların qarşısını almaqda insan sürücülərdən 3 dəfə daha yaxşı olduğunu deyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
Elon Musk, X-də paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib. ABŞ-da seçkilər yaxınlaşdıqca prezidentliyə namizəd Kamala Harris-ə aid olduğu iddia edilən videonu paylaşan Musk, saxta xəbərlər yaymaqda ittiham olunur.
Bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək insansız taksiləri trollayıb! (Video)
Bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək insansız taksiləri trollayıb! (Video)
ABŞ-da yaşayan bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək avtonom avtomobilləri trollayıb və bu anları öz sosial media hesabında paylaşıb.
ABŞ-da Waymo şirkətinin pilotsuz avtomobili insanlar tərəfindən yandırıldı (VİDEO)
ABŞ-da Waymo şirkətinin pilotsuz avtomobili insanlar tərəfindən yandırıldı (VİDEO)
10 fevral tarixində San Fransiskonun Çin qəsəbəsi ərazisində bir qrup şəxs Waymo şirkətinin pilotsuz avtomobilini əhatəyə alaraq onu yandırıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ