Yeni Nothing Ear qulaqlıqlarının təqdimatları anons edilib
Cihazlar+
06.04.2024
Farid Pardashunas
Bir neçə gün bundan öncə Nothing şirkəti 18 aprel tarixi üçün yeni təqdimat tədbirini anons etdi. Lakin şirkət həmin tarixdə hansı yeni məhsulunu təqdim edəcəyini açıqlamadı. İndi isə şirkət bu barədə rəsmi məlumatı verib. Şirkət rəsmi şəkildə elan edib ki, 18 aprel tarixində Nothing Ear və Nothing Ear (a) adlı yeni naqilsiz qulaqlıqlar təqdim olunacaq. Qeyd etmək lazımdır ki, şirkət Nothing Ear adlı naqilsiz qulaqlığa artıq sahibdir. Təqdim olunacaq yeni qulaqlıq isə Nothing Ear-in üçüncü nəsli olacaq. Lakin şirkət öz yeni qulaqlığının adında 3 rəqəmindən istifadə ideyasından imtina edib. Nothing Ear (a)-ya gəldikdə isə o, çox güman ki, şirkətin büdcəli naqilsiz qulaqlığı olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nothing Phone (2a)-nın yaxşılaşdırılmış versiyası hazırlanır
Nothing Phone (2a)-nın yaxşılaşdırılmış versiyası hazırlanır
Dünən xəbər ortaya çıxdı ki, Nothing şirkəti iki yeni smartfon üzərində çalışır və onlardan biri PacmanPro kod adına sahibdir.
Nothing 2 yeni smartfon üzərində çalışır
Nothing 2 yeni smartfon üzərində çalışır
Nothing şirkəti keçən ay Nothing Phone (2a) smartfonunu təqdim etmişdi. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət hal-hazırda 2 yeni smartfonu üzərində çalışır.
Nothing Ear (3) naqilsiz qulaqlığının potensial təqdimat tarixi elan edilib
Nothing Ear (3) naqilsiz qulaqlığının potensial təqdimat tarixi elan edilib
Nothing şirkəti növbəti təqdimat tədbirini anons edib.
Nothing Phone (3)-ün hansı prosessoru əldə edəcəyi açıqlanıb
Nothing Phone (3)-ün hansı prosessoru əldə edəcəyi açıqlanıb
Nothing şirkətinin növbəti smartfonu olacaq Nothing Phone (3) barəsində ilk məlumat ortaya çıxıb.
Nothing Phone (2a)-nın ilk satış nəticələri elan edilib
Nothing Phone (2a)-nın ilk satış nəticələri elan edilib
Nothing Phone (2a) smartfonu 5 mart tarixində təqdim olundu. Bu gün isə sözügedən smartfon satışa çıxdı.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!