Xiaomi Mix Flip-in sxematik fotosu təqdim edilib
Cihazlar+
19.03.2024
Emil Nəcəfov
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir. İndi isə GSMChina saytı Mix Flip-in sxematik fotosunu və smartfon barəsində bəzi məlumatları təqdim edib. Təqdim edilmiş sxematik fotoya əsasən Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu iki ədəd ekrana sahib olacaq. Onlardan biri gövdənin daxilində, digəri isə xaricində yerləşəcək. Bununla yanaşı sözügedən smartfon ikili arxa kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, Mix Flip smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Xiaomi Mix Flip-in təqdimatının nə zaman baş tutacağı bilinmir. Lakin onun bu il ərzində təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO öz ilk planşeti üzərində çalışır
POCO öz ilk planşeti üzərində çalışır
Xiaomi şirkəti artıq Xiaomi və Redmi brendləri altında planşetlərini istehsal edir.
Redmi Note 13 Turbo-nun bəzi texniki imkanları açıqlanıb
Redmi Note 13 Turbo-nun bəzi texniki imkanları açıqlanıb
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Redmi brendi keçən il təqdim etmiş olduğu Redmi Note 13 smartfon seriyasının daha bir modelini təqdim edəcək. Söhbət, Redmi Note 13 Turbo-dan gedir.
Xiaomi kompakt ölçülü gaming planşet üzərində çalışmış ola bilər
Xiaomi kompakt ölçülü gaming planşet üzərində çalışmış ola bilər
Çinin bir çox aparıcı brendlərinin böyük ekranlı planşetləri təqdim etdikləri bir vaxtda Lenovo şirkəti özünü kompakt ölçülü gaming planşetləri bazarında sınadı və bu sınaqdan uğurla keçdi.
POCO C61 adlı yeni büdcəli smartfon hazırlanır
POCO C61 adlı yeni büdcəli smartfon hazırlanır
Xiaomi-nin POCO brendi dünən POCO X6 Neo adlı yeni büdcəli smartfonunu təqdim etdi. İndi isə məlum olub ki, sözügedən brend daha bir büdcəli smartfonunun təqdimatına hazırlaşır.
Büdcəli POCO X6 Neo təqdim edilib - QİYMƏTİ
Büdcəli POCO X6 Neo təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi öz yeni smartfonu olan POCO X6 Neo-nu təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!