main-post-cover

    Xiaomi 14 Ultra-nın arxa kamera sahəsi elementinin fotosu ortaya çıxıb

    Cihazlar+
    25.01.2024
    Emil Nəcəfov
         Xiaomi yaxın aylar ərzində Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim etməlidir. Daha öncə insayderlər qeyd etmişdilər ki, Xiaomi 14 Ultra smartfonu xarici görünüşcə keçən ilki Xiaomi 13 Ultra-dan demək olar fərqlənməyəcək. İndi isə bu məlumat Xiaomi 14 Ultra-nın arxa kamera sahəsinin dairəvi elementinin fotosu vasitəsilə təsdiqlənib. Arxa kamera sahəsinin elementi üzərində əks olunmuş yazılar diqqəti cəlb edirlər.
         İlk növbədə həmin yazılardan məlum olub ki, Xiaomi 14 Ultra-da Leica SUMMILUX optikasından istifadə ediləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Xiaomi 13 Ultra-da Leica SUMMICRON optikasından istifadə edilir. Bununla yanaşı məlum olub ki, smartfonun əsas arxa kamerasının diafraqma göstəricisi f/1.63, periskop kamera obyektivinin diafraqma göstəricisi isə f/2.05 təşkil edəcək. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində məlumat verib ki, Xiaomi şirkəti Xiaomi 14 Ultra-nın test məqsədli istehsalına artıq start verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi flaqman Snapdragon prosessoruna sahib yeni planşetinin təqdimatına hazırlaşır
    xiaomi-flaqman-snapdragon-prosessoruna-sahib-yeni-plansetinin-teqdimatina-hazirlasir
    Xiaomi Pad 6 planşetinin qlobal versiyası HyperOS-i əldə edib
    xiaomi-pad-6-plansetinin-qlobal-versiyasi-hyperos-i-elde-edib
    Xiaomi-nin 5 smartfonu bu ay HyperOS-i əldə edəcək
    xiaomi-nin-5-smartfonu-bu-ay-hyperos-i-elde-edecek
    Redmi K70 Ultra-nın texniki imkanları məşhur insayder tərəfindən açıqlanıb
    redmi-k70-ultra-nin-texniki-imkanlari-meshur-insayder-terefinden-aciqlanib
    Xiaomi Pad 7 Pro planşetinin bəzi texniki göstəriciləri açıqlanıb
    xiaomi-pad-7-pro-plansetinin-bezi-texniki-gostericileri-aciqlanib