main-post-cover

    Vivo Pad 3 planşeti Geejbench testlərindən keçib

    Cihazlar+
    15.03.2024
    Emil Nəcəfov
         Vivo şirkətinin hələ təqdim olunmamış vivo Pad 3 adlı yeni planşeti Geekbench testlərindən keçib. Bunun sayəsində sözügedən planşet barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən vivo Pad 3 planşeti 3.25 GHz tezlikdə çalışan prosessoru əldə edəcək. Çox güman ki, söhbət, MediaTek Dimensity 9300 prosessorundan gedir. Bununla yanaşı məlumatda qeyd edilib ki, bu planşet 16 GB RAM-ı və qutudan Android 14-ü əldə edəcək. Vivo Pad 3 Geekbench-in bir nüvəli testi çərçivəsində 223 xal, çox nüvəli testi çərçivəsində isə 7547 xal toplayıb. Planşetin 26 mart tarixində qatlana bilən vivo X Fold 3 smartfon seriyası ilə birlikdə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən vivo X Fold 3 smartfon seriyasının təqdimat tarixi açıqlanıb
    qatlana-bilen-vivo-x-fold-3-smartfon-seriyasinin-teqdimat-tarixi-aciqlanib
    Qatlana bilən vivo X Fold 3 Pro-nun kameraları vasitəsilə çəkilmiş foto nümunələr ortaya çıxıblar
    qatlana-bilen-vivo-x-fold-3-pro-nun-kameralari-vasitesile-cekilmis-foto-numuneler-ortaya-cixiblar
    Vivo X100s flaqman smartfonunun bəzi texniki imkanları açıqlanıb
    vivo-x100s-flaqman-smartfonunun-bezi-texniki-imkanlari-aciqlanib
    Büdcəli vivo Y03 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-vivo-y03-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən vivo X Fold 3 Pro AnTuTu testlərindən keçib
    qatlana-bilen-vivo-x-fold-3-pro-antutu-testlerinden-kecib