main-post-cover

    Təqdimata hazırlaşan vivo S20 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    16.11.2024
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə məlum oldu ki, vivo şirkəti vivo S20 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu seriyaya iki model daxil olacaq. Vivo S20 və S20 Pro. İndi isə məlum olub ki, vivo S20 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən vivo S20 smartfonunun prosessoru özündə 2.63 GHz tezlikdə çalışan bir ədəd nüvəni, 2.0 GHz tezlikdə çalışan iki ədəd nüvəni və 1.8 GHz tezlikdə çalışan 4 ədəd nüvəni birləşdirir.
         Bu isə Snapdragon 7 Gen 3 prosessoruna işarə edir. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, vivo S20 qutudan Android 15 vasitəsilə çalışacaq. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1222 xal, çox nüvəli testi çərçivəsində isə 3417 xal toplayıb. Vivo S20 smartfonlarının yaxın zamanda təqdim olunacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X200 smartfonlarının qlobal bazarda təqdimatları anons edilib
    vivo-x200-smartfonlarinin-qlobal-bazarda-teqdimatlari-anons-edilib
    Büdcəli vivo Y19s smartfonu təqdim olunub - QİYMƏTİ
    budceli-vivo-y19s-smartfonu-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan vivo S20 smartfonları barəsində təfərrüatlar verilib
    teqdimata-hazirlasan-vivo-s20-smartfonlari-baresinde-teferruatlar-verilib
    Vivo X200 Ultra-nın hansı prosessora sahib ola biləcəyi məlum olub
    vivo-x200-ultra-nin-hansi-prosessora-sahib-ola-bileceyi-melum-olub
    Android 15 yeniləməsini alacaq bütün smartfonlar!
    android-15-yenilemesini-alacaq-butun-smartfonlar