main-post-cover

    Təqdimata hazırlaşan Samsung Galaxy M55s smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    24.07.2024
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy M seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy M55s smartfonundan gedir. Qeyd etmək lazımdır ki, şirkət adi Galaxy M55-i aprel ayında təqdim etmişdi. İndi isə onun daha bir versiyası hazırlanır. Məlum olub ki, Galaxy M55s smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində Galaxy M55s barəsində bəzi təfərrüatlar ortaya çıxıb.
         Beləliklə Geekbench məlumatlarına əsasən sözügedən yeni smartfon 8 nüvəli prosessor vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, prosessorun maksimal çalışma tezliyi 2.4 GHz təşkil edir və o özündə Adreno 644 qrafik çipini birləşdirir. Çox güman ki, söhbət, Snapdragon 7 Gen 1 prosessorundan gedir. Geekbench testlərindən Galaxy M55s-in 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Galaxy M55s Geekbench-in bir nüvəli testi çərçivəsində 1015 xal, çox nüvəli testi çərçivəsində isə 2347 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni Samsung telefonları, defolt olaraq APK quraşdırılmasını bloklayır!
    yeni-samsung-telefonlari-defolt-olaraq-apk-qurasdirilmasini-bloklayir
    Samsung süni zəkaya istiqamətlənmiş smartfonlar üzərində çalışır
    samsung-suni-zekaya-istiqametlenmis-smartfonlar-uzerinde-calisir
    OLED texnologiyasını Samsung-dan Çinə sızdıran mühəndis, həbs edilib!
    oled-texnologiyasini-samsung-dan-cine-sizdiran-muhendis-hebs-edilib
    Samsung bu ilin üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirəcək
    samsung-bu-ilin-ucuncu-galaxy-unpacked-teqdimat-tedbirini-kecirecek
    Samsung OneUI 7.0 istifadəçi interfeysinin beta testinə nə zaman start veriləcək?
    samsung-oneui-70-istifadeci-interfeysinin-beta-testine-ne-zaman-start-verilecek