main-post-cover

    Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin texniki imkanları açıqlanıb

    Cihazlar+
    08.07.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti 16 iyul tarixində keçirəcəyi növbəti təqdimat tədbiri çərçivəsində OnePlus Nord 4 smartfonu ilə yanaşı OnePlus Pad 2 planşetini də təqdim edəcək. Təqdimata az müddət qalmış insayderlər sözügedən planşetin texniki imkanları barəsində məlumatlar veriblər. İnsayderlər təsdiqləyiblər ki, bu yeni planşet bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Pad Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq.
         Beləliklə məlumata əsasən OnePlus Pad 2 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3000x2120 piksel keyfiyyətli 12.1 düym ölçülü IPS LCD ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edəcək. Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, planşet 13 MP-lik arxa kameranı, 8 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareyanı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Nord 4-ün detallı texniki özəllikləri təqdim edilib
    oneplus-nord-4-un-detalli-texniki-oze
    OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
    oneplus-ve-oppo-6000-mah-dan-daha-boyuk-hecmli-batareyalara-sahib-smartfonlar-uzerinde-calisirlar
    Təqdimata hazırlaşan OnePlus Nord 4-ün ilk rəsmi fotosu təqdim edilib
    teqdimata-hazirlasan-oneplus-nord-4-un-ilk-resmi-fotosu-teqdim-edilib
    OnePlus öz yeni cihazlarının təqdimat tədbirini anons edib
    oneplus-oz-yeni-cihazlarinin-teqdimat-tedbirini-anons-edib
    OnePlus Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-2-smart-saati-teqdim-edilib-qiymeti