Təqdimata hazırlaşan Moto G05 və Moto G15 smartfonlarının fotoları təqdim edilib
Cihazlar+
22.11.2024
Emil Nəcəfov
Motorola şirkəti yaxın zamanda Moto G seriyasının yeni büdcəli smartfonlarını təqdim edəcək. Söhbət, Moto G05 və Moto G15 modellərindən gedir. İndi isə insayderlər bu smartfonların render fotolarını təqdim ediblər. Beləliklə təqdim edilmiş fotolara əsasən Moto G05 və Moto G15 smartfonları xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər. Hər iki smartfon yastı gövdə və ekran dizaynını əldə edəcək.
Smartfonların arxa panellərində isə kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera olacaq. İnsayderlərin sözlərinə əsasən Moto G05 modeli 4 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə, Moto G15 modeli isə 4/8 GB RAM və 256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Üstəlik hər iki smartfon özündə 50 MP-lik əsas arxa kameranı birləşdirməlidir. Smartfonların texniki imkanları barəsində digər bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Motorola Razr 50s Ultra smartfonu təqdimata hazırlaşır
Qatlana bilən Motorola Razr 50s Ultra smartfonu təqdimata hazırlaşır
Motorola şirkəti sentyabrda Yaponiyada qatlana bilən Motorola Razr 50s smartfonunu təqdim etmişdi. Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxdı ki, şirkət bu smartfonun qlobal versiyasını təqdim etməyə hazırlaşır. Lakin görünür, bu, Motorola-nın hazırladığı yeganə yeni qatlana bilən smartfon deyil.
Qatlana bilən Motorola Razr 50s qlobal bazarda satışa çıxmağa hazırlaşır
Qatlana bilən Motorola Razr 50s qlobal bazarda satışa çıxmağa hazırlaşır
Motorola sentyabrda qatlana bilən Motorola Razr 50s smartfonunu təqdim etdi. Lakin təqdimatdan bir neçə müddət sonra smartfon eksklüziv olaraq Yaponiyada satışa çıxdı. Görünür, şirkət Motorola Razr 50s-i üstəlik qlobal bazarda da satışa çıxartmağa hazırlaşır.
Motorola qatlana bilən smartfonlar üçün yeni texnologiyanın patentini əldə edib
Motorola qatlana bilən smartfonlar üçün yeni texnologiyanın patentini əldə edib
Motorola şirkəti qatlana bilən smartfonlar üçün nəzərdə tutulmuş yeni texnologiyanın patentini əldə edib.
Dözümlü gövdəyə sahib Motorola ThinkPhone 25 smartfonu təqdim edilib - QİYMƏTİ
Dözümlü gövdəyə sahib Motorola ThinkPhone 25 smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti aramid lifindən (istiliyə dözümlü güclü sintetik lif) hazırlanmış gövdəyə sahib və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verən ThinkPhone 25 adlı yeni smartfonunu təqdim edib.
Moto G75 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Moto G75 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti Moto G seriyasının yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G75 5G-dən gedir. Motorola-nın bu yeni smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!