Təqdimata az müddət qalmış vivo X200 Pro-nun əsas texniki imkanları açıqlanıb
Cihazlar+
03.10.2024
Emil Nəcəfov
Vivo şirkəti 14 oktyabr tarixində vivo X200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya 3 model daxil olmalıdır. Vivo X200, X200 Pro və X200 Pro mini. İndi isə internetdə vivo X200 Pro-nun əsas texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən vivo X200 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunacaq.
Smartfonun gövdəsi IP68 və IP69 standartları üzrə sudan və tozdan qorunma özəlliyini əldə edəcək. Smartfon MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Kameralar mövzusunda vivo X200 Pro 50 MP (f/1.57 diafraqma, optik stabilizasiya) + 200 MP (3.7 qat zoom, 100 qat hibrid zoom) + 50 MP üçlü arxa kameraya sahib olacaq. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və üstəlik 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Vivo X200 smartfonlarının müxtəlif gövdə rənglərində fotoları ortaya çıxıb
Vivo X200 smartfonlarının müxtəlif gövdə rənglərində fotoları ortaya çıxıb
Vivo şirkəti 14 oktyabr tarixində vivo X200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya vivo X200, X200 Pro və X200 Pro mini modelləri daxil olacaqlar.
Vivo X200-ün ön paneli rəsmi şəkildə sərgilənib
Vivo X200-ün ön paneli rəsmi şəkildə sərgilənib
Vivo şirkəti aktiv şəkildə vivo X200 smartfon seriyasının təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, şirkətin məhsullar üzrə meneceri olan Han Boxiao təqdimata hazırlaşan vivo X200 modelinin ön panelinin ilk rəsmi fotosunu təqdim edib.
Vivo X200 Pro mini ilə iPhone 16 Pro arasında müqayisə aparılıb
Vivo X200 Pro mini ilə iPhone 16 Pro arasında müqayisə aparılıb
Bir neçə gün bundan öncə məlum oldu ki, 14 oktyabr tarixində təqdim olunacaq vivo X200 smartfon seriyasına vivo X200 və X200 Pro ilə yanaşı həmçinin X200 Pro mini modeli də daxil olacaq.
Vivo X200-ün xarici görünüşü rəsmi şəkildə sərgilənib
Vivo X200-ün xarici görünüşü rəsmi şəkildə sərgilənib
Təqdimata hazırlaşan vivo X200 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Qeyd etmək lazımdır ki, bu smartfon seriyasının təqdimatı 14 oktyabr tarixində baş verəcək.
Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır
Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır
Vivo şirkəti bu ilin mart ayında vivo X Fold 3 və X Fold 3 Pro adlı qatlana bilən smartfonlarını təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət artıq yeni qatlana bilən smartfonu üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ