Təqdimata az müddət qalmış OPPO Find N3-ün yeni fotoları təqdim edilib
Cihazlar+
17.10.2023
Emil Nəcəfov
Evan Blass adlı məşhur insayder qatlana bilən OPPO Find N3 smartfonunun yeni fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfon qızılı və qara gövdə rənglərində əks olunub. Təqdim edilmiş fotolar bir daha onu göstərirlər ki, OPPO Find N3 smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, kameralar OPPO-nun Hasselblad şirkəti ilə əməkdaşlığı çərçivəsində hazırlanıblar. OPPO Find N3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib iki ədəd AMOLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 64 MP + 48 MP + 48 MP üçlü arxa kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, OPPO Find N3-ün təqdimatı 19 oktyabr tarixində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OPPO Find N3 yüksək səviyyədə təhlükəsizliyə shaib olacaq (VİDEO)
OPPO Find N3 yüksək səviyyədə təhlükəsizliyə shaib olacaq (VİDEO)
OPPO şirkəti artıq 19 oktyabr tarixində öz yeni qatlana bilən smartfonunu təqdim edəcək. Söhbət, OPPO Find N3-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!