main-post-cover

    Sony kompakt ölçülü yeni flaqman Xperia smartfonu üzərində çalışır

    Cihazlar+
    22.05.2024
    Emil Nəcəfov
         Sony şirkəti keçən həftə Sony Xperia 1 VI flaqman smartfonunu və orta büdcəli Xperia 10 VI smartfonunu təqdim etdi. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən indi də Sony kompakt ölçülü yeni flaqman smartfonu üzərində çalışır. Məlumata əsasən hazırlanan kompakt ölçülü yeni flaqman smartfon Xperia Pro-C adlanacaq. O, 2021-ci ildə təqdim edilmiş Xperia Pro-I-in davamçısı olmalıdır.
         İnsayderlərin sözlərinə əsasən Xperia Pro-C smartfonu 2340x1080 piksel keyfiyyətli 6 düym ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 12 GB RAM-ı və 256 GB-dan başlayan daxili yaddaş həcmini birləşdirməlidir. Məlumatda qeyd edilib ki, Xperia Pro-C 50 MP + 12 MP + 12 MP üçlü arxa kameranı və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Sony Xperia Pro-C-nin nə zaman təqdim olunacağı barəsində heç bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sony, qarğıdalı dənələrini belə tikə bilən ultra dəqiq mikrocərrahi robotunu təqdim edib! (VİDEO)
    sony-qargidali-denelerini-bele-tike-bilen-ultra-deqiq-mikrocerrahi-robotunu-teqdim-edib-video
    Orta büdcəli Sony Xperia 10 VI smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-sony-xperia-10-vi-smartfonu-teqdim-edilib-qiymeti
    Sony Xperia 1 VI flaqman smartfonu təqdim edilib
    sony-xperia-1-vi-flaqman-smartfonu-teqdim-edilib
    Yeni Sony Xperia smartfonlarının təqdimat tarixləri dəyişib
    yeni-sony-xperia-smartfonlarinin-teqdimat-tarixleri-deyisib
    Təqdimata hazırlaşan orta büdcəli Sony Xperia 10 VI smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-orta-budceli-sony-xperia-10-vi-smartfonu-geekbench-testlerinden-kecib