Samsung Galaxy Z Fold 6-nın qatlanan ekranı üzərində qatlanma izi daha az nəzərə çarpacaq
Cihazlar+
21.05.2024
Emil Nəcəfov
Samsung şirkəti yay fəslində qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etməlidir. Ice Universe ləqəbli məşhur insayder isə öz növbəsində sözügedən smartfonun daxili ekranının əsas müsbət özəlliklərindən birini açıqlayıb. Mövzu daxili ekran üzərində qatlanma izi ilə bağlıdır. Ümumiyyətlə qatlana bilən smartfonların sahib olduqları əsas problemlərdən biri də onların qatlanmaya məruz qalan ekranları üzərində qatlanma izinin olduqca nəzərə çarpmasıdır. 2019-cu ildə təqdim edilmiş Galaxy Fold-un ekranı ilə müqayisədə keçən ilki Galaxy Z Fold 5-in daxili ekranı üzərində qatlanma izi daha az nəzərə çarpsa da bu problem olduğu kimi qalır.
Görünür, Samsung bu problemi müəyyən səviyyədə aradan qaldırmağın yolunu tapıb. Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən təqdim olunacaq Galaxy Z Fold 6-nın daxili ekranı qatlanma izi mövzusunda daha təkmilləşdirilmiş olacaq. İnsayder bildirib ki, yeni qatlana bilən smartfonun daxili ekranında qatlanma izi tam olaraq aradan qaldırılmasa da, daha öncəki modellər ilə müqayisədə daha az nəzərə çarpacaq. Qeyd etmək lazımdır ki, Samsung yay fəslində Galaxy Z Fold 6 ilə yanaşı qatlana bilən qapaqlı Galaxy Z Flip 6 smartfonunu da təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Watch 7 və Watch FE smart saatları sertifikatlaşdırmadan keçiblər
Samsung Galaxy Watch 7 və Watch FE smart saatları sertifikatlaşdırmadan keçiblər
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti növbəti Galaxy Unpacked tədbirini yay fəslində keçirəcək.
Samsung Galaxy M35-in yeni render fotoları təqdim edilib
Samsung Galaxy M35-in yeni render fotoları təqdim edilib
Hələ təqdim olunmamış Samsung Galaxy M35 smartfonu iki gün bundan öncə Google Play Console servisində ortaya çıxdı.
Samsung Galaxy A33 və A73 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Samsung Galaxy A33 və A73 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Samsung öz smartfonlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Şirkət bir neçə müddət bundan öncə bu istifadəçi interfeysinin öz flaqman cihazlarında istifadəyə verilməsinə köklənmişdi.
Samsung Galaxy Watch FE smart saatı barəsində yeni təfərrüatlar verilib
Samsung Galaxy Watch FE smart saatı barəsində yeni təfərrüatlar verilib
Samsung şirkəti bu il ərzində Galaxy Watch 7 smart saat seriyasını təqdim edəcək. Bu smart saat seriyasının yay fəslində təqdim olunacağı gözlənilir. Lakin son zamanlarda ortaya çıxmış müxtəlif məlumatlara əsasən Galaxy Watch 7 smart saatları Samsung-un bu il üçün nəzərdə tutulmuş yeganə smart saatları olmayacaq.
Samsung Galaxy S24 FE-nin hazırlandığına dair daha bir sübut əldə edilib
Samsung Galaxy S24 FE-nin hazırlandığına dair daha bir sübut əldə edilib
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasının FE (Fan Edition) modeli üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!