Samsung Galaxy S26 smartfonları 2 nanometrlik prosessoru əldə edəcəklər
Cihazlar+
24.05.2024
Emil Nəcəfov
Samsung şirkətinin Galaxy S25 smartfon seriyasını hələ gələn ilin əvvəlində təqdim edəcəyinə baxmayaraq artıq indidən Galaxy S26 smartfon seriyası barəsində ilk məlumatlar ortaya çıxıblar. Ortaya çıxmış məlumatlara əsasən Galaxy S26 smartfon seriyasının modelləri Samsung-un 2 nanometrlik prosessoru vasitəsilə çalışacaqlar. Məlumatda qeyd edilib ki, Samsung hal-hazırda 2 nanometrlik Exynos prosessoru üzərində çalışır və onun kütləvi istehsalına 2025-ci ilin ikinci yarısında start verəcəyini planlaşdırır. Çox güman ki, söhbət, Exynos 2600 prosessorundan gedir.
Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində təqdim edilmiş Galaxy S24 smartfonları 4 nanometrlik prosessor vasitəsilə çalışırlar. Gələn ilin əvvəlində təqdim ediləcək Galaxy S25 smartfonları isə 3 nanometrlik prosessoru əldə edəcəklər. Məlumata əsasən Samsung tərəfindən hazırlanan 2 nanometrlik Exynos prosessoru Thetis kod adına sahibdir. 2 nanometrlik texnoloji proses əsasında hazırlanan Exynos 2600 prosessorunun Snapdragon 8 Gen 5, MediaTek Dimensity 9500 və Apple A19 Pro prosessorları ilə rəqabət aparacağı gözlənilir. Exynos 2600-da Cortex-X6 nüvəsindən istifadə ediləcəyi güman edilir.
Linki kopyala
samsung galaxy 26
samsung 2nm chip
samsung 2nm processor
samsung 2nm exynos
samsung exynos 2600
galaxy s26
exynos 2600
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ