Samsung Galaxy S25 Ultra smartfonu 12 GB-dan daha böyük həcmdə RAM yaddaşını əldə edə bilər
Cihazlar+
31.07.2024
Emil Nəcəfov
Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 Ultra smartfonu barəsində yeni məlumat internetdə ortaya çıxıb. Ortaya çıxmış məlumat Ice Universe ləqəbli məşhur insayder tərəfindən təqdim edilib və o, Galaxy S25 Ultra-nın əldə edəcəyi RAM yaddaşını əhatə edir. Beləliklə insayderin vermiş olduğu məlumata əsasən Samsung-un gələn ilin əvvəli üçün olacaq bu yeni smartfonu 12 GB RAM əvəzinə 16 GB RAM ilə təchiz olunacaq.
Məlumatda qeyd edilməsə də çox güman ki, Galaxy S25 Ultra-nın bütün versiyaları 16 GB həcmində RAM-ı əldə edəcəklər. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun həmçinin 6.9 düym ölçülü AMOLED ekranı əldə edəcəyi, Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı, özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcəyi və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Polislər, Samsung-un yeni qatlana bilən telefonu Galaxy Z Flip6-dan bədən kamerası kimi istifadə etməyə başlayıblar!
Polislər, Samsung-un yeni qatlana bilən telefonu Galaxy Z Flip6-dan bədən kamerası kimi istifadə etməyə başlayıblar!
Samsung, yeni qatlana bilən telefonu Galaxy Z Flip6-nı təqdim etmək üçün maraqlı bir addım atıb. Şirkətin yeni cihazı, ABŞ-da polislər tərəfindən bədən kamerası kimi istifadə edilməyə başlanılıb.
Samsung Galaxy S24 FE-nin mümkün təqdimat müddəti açıqlanıb
Samsung Galaxy S24 FE-nin mümkün təqdimat müddəti açıqlanıb
Keçən həftə məlum oldu ki, Samsung bu il üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirtməyi planlaşdırır.
Büdcəli Samsung Galaxy A06-nın render fotoları təqdim edilib
Büdcəli Samsung Galaxy A06-nın render fotoları təqdim edilib
Samsung şirkəti yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A06-dan gedir. İndi isə OnLeaks ləqəbli məşhur insayder Giznext saytı ilə birgə sözügedən smartfonun render fotolarını təqdim edib.
Orta büdcəli smartfonlar üçün olan Exynos 1580 prosessoru Geekbench testlərindən keçib
Orta büdcəli smartfonlar üçün olan Exynos 1580 prosessoru Geekbench testlərindən keçib
Samsung orta büdcəli smartfonları üçün yeni Exynos prosessoru üzərində çalışır. Söhbət, Exynos 1580 prosessorundan gedir.
Samsung Galaxy S25 Ultra artıq Çində qeydiyyatdan keçib
Samsung Galaxy S25 Ultra artıq Çində qeydiyyatdan keçib
Verilmiş yeni məlumata əsasən Samsung-un gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonu artıq Çində qeydiyyatdan keçib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!