main-post-cover

    Samsung Galaxy S25 Slim smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    10.01.2025
    Emil Nəcəfov
         Samsung şirkəti 22 yanvar tarixində Galaxy S25 smartfonlarını təqdim edəcək. Şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, o, 3 ədəd deyil, 4 ədəd smartfon təqdim edəcək. Çox güman ki, dördüncü smartfon Galaxy S25 Slim olacaq. İndi isə məlum olub ki, Galaxy S25 Slim smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən bu yeni smartfon Snapdragon 8 Elite for Galaxy prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Galaxy S25 Slim qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3005 xal, çox nüvəli testi çərçivəsində isə 6945 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A56-nın fotoları təqdim edilib
    samsung-galaxy-a56-nin-fotolari-teqdim-edilib
    Samsung Galaxy S25 smartfonlarının hansı prosessoru əldə edəcəyi kənar şirkət tərəfindən təsdiqlənib
    samsung-galaxy-s25-smartfonlarinin-hansi-prosessoru-elde-edeceyi-kenar-sirket-terefinden-tesdiqlenib
    Samsung Galaxy S25 Ultra zəif işıqlı mühitdə yükək keyfiyyətli çəkiliş imkanına sahib olacaq
    samsung-galaxy-s25-ultra-zeif-isiqli-muhitde-yukek-keyfiyyetli-cekilis-imkanina-sahib-olacaq
    Təqdimata hazırlaşan Samsung Galaxy S25 smartfonlarının rəsmi render fotoları təqdim edilib
    teqdimata-hazirlasan-samsung-galaxy-s25-smartfonlarinin-resmi-render-fotolari-teqdim-edilib
    Samsung 3 smartfonunun rəsmi dəstəyini dayandırıb
    samsung-3-smartfonunun-resmi-desteyini-dayandirib