Samsung Galaxy S25 bütün regionlarda Snapdragon prosessorunu əldə edə bilər
Cihazlar+
20.06.2024
Emil Nəcəfov
Məşhur analitik Ming Chi-Kuo-nun vermiş olduğu məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfonu çox güman ki, bütün regionlarda Snapdragon prosessorunu əldə edəcək. Analitikin sözlərinə əsasən bunun əsas səbəbi Exynos 2500 prosessorunun hazırlanmasında istifadə ediləcək 3 nanometrlik texnoloji prosesin performansı ilə bağlıdır. Analitik bildirib ki, prosessorun hazırlanması üçün nəzərdə tutulmuş 3 nanometrlik texnoloji proses gözləniləndən daha aşağı performans göstəricilərinə sahibdir. Bu isə öz növbəsində Samsung-un Galaxy S25-də yalnız Snapdragon prosessorundan istifadəyə üstünlük verməsinə səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində təqdim edilmiş Galaxy S24 smartfon seriyası üçün prosessorların 40%-i Qualcomm tərəfindən istehsal edilmişdi. Yalnız Galaxy S24 Ultra modeli bütün regionlarda Snapdragon 8 Gen 3 prosessorunu əldə etdi. Galaxy S24 və S24+ smartfonları isə ABŞ, Kanada, Çin və Yaponiya istisna olmaqla digər bütün regionlarda Exynos 2400 prosessorunu əldə etdilər. Samsung-un son 15 illik smartfon istehsalı tarixində şirkət Galaxy S seriyasında yalnız bir dəfə Exynos prosessorundan tamamilə imtina etmişdi. Söhbət, 2023-cü ildə təqdim edilmiş Galaxy S23 smartfon seriyasından gedir. Bu seriyanın bütün modelləri bütün regionlarda Snapdragon prosessorunu əldə etmişdilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Z Fold 6-nın maketi keçən ilki Galaxy Z Fold 5 ilə müqayisə edilib (VİDEO)
Samsung Galaxy Z Fold 6-nın maketi keçən ilki Galaxy Z Fold 5 ilə müqayisə edilib (VİDEO)
Qatlana bilən Samsung Galaxy Z Fold 6-nın təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə YouTube-dakı kanalların birində Galaxy Z Fold 6-nın maketi ilə keçən ilki Galaxy Z Fold 5-in müqayisəsi videosu yayımlanıb.
Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25-in batareya həcmi məlum olub
Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25-in batareya həcmi məlum olub
Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya ənənə üzrə Galaxy S25, Galaxy S25+ və Galaxy S25 Ultra modelləri daxil olmalıdırlar.
Yaxın zamanda təqdim olunacaq Samsung Galaxy Z Fold 6-nın ətraflı texniki imkanları ortaya çıxıblar
Yaxın zamanda təqdim olunacaq Samsung Galaxy Z Fold 6-nın ətraflı texniki imkanları ortaya çıxıblar
Smartprix saytı Samsung şirkətinin təqdim olunacaq qatlana bilən Galaxy Z Fold 6 smartfonunun texniki imkanları ilə bağlı ətraflı məlumatları təqdim edib.
Samsung Galaxy Watch FE rəsmi şəkildə anons edilib - QİYMƏTİ
Samsung Galaxy Watch FE rəsmi şəkildə anons edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy Watch FE smart saatını rəsmi şəkildə anons edib. Keçən ilki Galaxy Watch 6 modelləri ilə müqayisədə Galaxy Watch FE daha büdcəli smart saat rolunda çıxış edir.
Hələ təqdim edilməmiş Samsung Galaxy S24 FE smartfonu Geekbench testlərindən keçib
Hələ təqdim edilməmiş Samsung Galaxy S24 FE smartfonu Geekbench testlərindən keçib
Son zamanlarda Samsung Galaxy S24 FE smartfonu barəsində daha çox məlumat ortaya çıxır. İndi isə məlum olub ki, Samsung-un bu il ərzində təqdim edəcəyi gözlənilən bu smartfon Geekbench testlərindən keçib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!