main-post-cover

    Samsung Galaxy S24 Ultra Yer kürəsinin stratosfer qatına göndərilib

    Cihazlar+
    06.03.2024
    Emil Nəcəfov
         Smartfon istehsalçıları öz cihazlarının kameralarının çəkliş imkanlarını sərgiləmək üçün müxtəlif üsullara əl atırlar. Samsung da həmin şirkətlər sırasındadır. Bu dəfə Samsung öz yeni flaqman smartfonu olan Galaxy S24 Ultra-nı Yer kürəsinin stratosfer qatına göndərib. Aparılmış bu təcrübədə şirkət bir neçə ədəd Galaxy S24 Ultra-dan istifadə edib. Smartfonlar kub formasında olan xüsusi qurğuya quraşdırılıb və qurğunun özü hidrogen şarlarına bərkidilib. Nəticədə hidrogen şarları qurğunu 36 km yüksəkliyə qaldıra biliblər. Bütün proses zamanı smartfonlar foto çəkməklə məşğul olublar və ümumilikdə 150 ədəd foto çəkilib. Çəkilmiş fotolarda Los-Anceles, Las-Veqas və Böyük Kanyon əraziləri əks olunub. Müəyyən müddətdən sonra şarlardakı hidrogen buraxılıb və smartfonlar Yer kürəsi səthinə geri qaytarılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab S6 Lite (2024) planşetinin real fotosu ortaya çıxıb
    samsung-galaxy-tab-s6-lite-2024-plansetinin-real-fotosu-ortaya-cixib
    Samsung Galaxy A35 5G və A55 5G smartfonlarının təqdimatları anons edilib
    samsung-galaxy-a35-5g-ve-a55-5g-smartfonlarinin-teqdimatlari-anons-edilib
    Samsung Galaxy M55 smartfonunun bəzi texniki özəllikləri məlum olub
    samsung-galaxy-m55-smartfonunun-bezi-texniki-ozellikleri-melum-olub
    Samsung Galaxy S25 smartfonları bütün regionlarda Exynos prosessorunu əldə edə bilərlər
    samsung-galaxy-s25-smartfonlari-butun-regionlarda-exynos-prosessorunu-elde-ede-bilerler
    Samsung Galaxy F15 5G təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-f15-5g-teqdim-olunub-qiymeti