main-post-cover

    Samsung Galaxy S24 Ultra gövdə ətrafı titan çərçivəni əldə edəcək

    Cihazlar+
    06.11.2023
    Emil Nəcəfov
         Görünür, iPhone 15 Pro modellərini təqdim etməklə Apple şirkəti smartfon bazarında yeni trendi işə salıb. Söhbət, smartfonlarda titan materialdan hazırlanmış gövdə ətrafı çərçivənin istifadəsindən gedir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə təqdim edilmiş Xiaomi 14 Pro-nun xüsusi versiyası da titandan hazırlanmış gövdə ətrafı çərçivəyə sahibdir. Yaxın zamanda bu trendə həmçinin Samsung şirkəti də qoşulmalıdır.
         The Elec saytının öz anonim mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 Ultra smartfonu Samsung-un gövdə ətrafı titan çərçivəyə sahib ilk smartfonu olacaq. Məlumatda qeyd edilib ki, Samsung öz smartfonlarına titan çərçivənin inteqrasiyası üzərində 2 il bundan öncə çalışmağa başlayıb. Lakin şirkət bu ideyanı yalnız indi reallaşdırmaq qərarına gəlib. Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung yüksək dözümlülüyə sahib Galaxy Tab Active 5 planşeti üzərində çalışır
    samsung-yuksek-dozumluluye-sahib-galaxy-tab-active-5-planseti-uzerinde-calisir
    Samsung-un 47 ədəd cihazı Android 14 əsaslı OneUI 6.0-ı əldə edəcək
    samsung-un-47-eded-cihazi-android-14-esasli-oneui-60-i-elde-edecek
    Samsung Galaxy S24 smartfon seriyasının konkret təqdimat tarixi açıqlanıb
    samsung-galaxy-s24-smartfon-seriyasinin-konkret-teqdimat-tarixi-aciqlanib
    Samsung öz ekzoskeletini təqdim etməyə hazırlaşır
    samsung-oz-ekzoskeletini-te
    Samsung Galaxy S23 smartfon seriyası daha sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilər
    samsung-galaxy-s23-smartfon-seriyasi-daha-suretli-sarj-texnologiyasinin-desteyini-elde-ede-biler