main-post-cover

    Samsung Galaxy F55 smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    10.05.2024
    Sabina Rustamli
         Bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti Galaxy F55 smartfonunun təqdimatını anons edib. Beləliklə şirkətin rəsmi məlumatına əsasən Galaxy F55 smartfonu 17 may tarixində Hindistanda təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Galaxy F seriyasının bu smartfonu keçən ay Çində təqdim edilmiş Galaxy C55 5G smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. Belə ki, Galaxy C55 5G kimi Galaxy F55 də süni dəri ilə örtülmüş arxa paneli əldə edəcək. Smartfon 6.7 düym ölçülü Super AMOLED ekranı əldə etməli və Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışmalıdır. Üstəlik Galaxy F55-in özündə 50 MP + 8 MP + 5 MP üçlü arxa kameranı və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!
    samsung-galaxy-s24-ultra-en-cox-satilan-android-smartfon-olub
    Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
    samsung-exynos-prosessorlarinda-amd-nin-qrafik-cipinden-imtina-ede-biler
    Smartfonlar haqqında sızıntı məlumatları ilə tanınan məşhur X istifadəçisi Galaxy S24 Ultra smartfonuna görə, Samsung şirkətini fırıldaqçılıqda günahlandırır!
    smartfonlar-haqqinda-sizinti-melumatlari-ile-taninan-meshur-x-istifadecisi-galaxy-s24-ultra-smartfonuna-gore-samsung-sirketini-firildaqciliqda-gunahlandirir
    Samsung G60SD adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-g60sd-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung öz smartfonlarında avtronom çalışma müddətini süni zəka vasitəsilə yüksəldəcək
    samsung-oz-smartfonlarinda-avtronom-calisma-muddetini-suni-zeka-vasitesile-yukseldecek