main-post-cover

    Redmi Note 14 Pro+ smartfonunun bəzi texniki özəllikləri açıqlanıb

    Cihazlar+
    29.07.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi hal-hazırda Redmi Note 14 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 14 Pro+ olacaq. İndi isə insayderlər bu modelin bəzi texniki imkanları barəsində məlumatları təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən Redmi Note 14 Pro+ smartfonu 1.5K keyfiyyətli OLED ekranı əldə edəcək və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq.
         Bundan əlavə olaraq məlumatlarda qeyd edilib ki, smartfon MediaTek Dimensity 7350 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Qeyd etmək lazımdır ki, məlumatlarda qeyd edilmiş prosessor keçən həftə təqdim edilmişdi. O, 8 nüvədən təşkil edilib və TSMC şirkətinin ikinci nəsil 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Redmi Note 14 smartfon seriyasının sentyabr və ya oktyabr ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi MIX Fold 4 və MIX Flip-in təmir qiymətləri açıqlanıb
    xiaomi-mix-fold-4-ve-mix-flip-in-temir-qiymetleri-aciqlanib
    Xiaomi MIX Fold 4--ün qlobal versiyası ortaya çıxıb
    xiaomi-mix-fold-4-un-qlobal-versiyasi-ortaya-cixib
    Xiaomi 15 Ultra-nın hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb
    xiaomi-15-ultra-nin-hansi-hecmde-batareyaya-sahib-olacagi-aciqlanib
    Xiaomi 14T Pro smartfonu Geekbench testlərindən keçib
    xiaomi-14t-pro-smartfonu-geekbench-testlerinden-kecib
    POCO M6 Plus 5G-nin təqdimatı anons edilib
    poco-m6-plus-5g-nin-teqdimati-anons-edilib