Redmi K80 smartfonlarının ekranları barəsində rəsmi məlumatlar təqdim edilib
Cihazlar+
19.11.2024
Emil Nəcəfov
Xiaomi-nin Redmi brendi hələ Redmi K80 smartfonlarının təqdimatlarını anons etməsə də, onlar barəsində bəzi təfərrüatları bölüşüb. Qeyd etmək lazımdır ki, Redmi K80 seriyasına minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. Beləliklə Redmi tərəfindən təqdim edilmiş posterlərə əsasən hər iki smartfon TCL Huaxing tərəfindən istehsal edilmiş 2K keyfiyyətli ekranla təchiz olunacaq. Məlumatda həmçinin qeyd edilib ki, smartfonlardakı ekran M9 adlı xüsusi lüminessens materialdan istifadə edir. Bu isə öz növbəsində ekranın enerji sərfiyyatını 20.3% aşağı salır.
Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək. Bununla yanaşı smartfonlarda barmaq izi skanı birbaşa ekrana inteqrasiya ediləcək və o, ultrasəs texnologiyası əsasında çalışacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, adi Redmi K80 modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameranı əldə edəcək və özündə 20 MP-lik ön kamera ilə 6500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Redmi K80 Pro modelinə gəldikdə isə o, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalı və 6000 mAh enerji tutumlu batareyanı əldə etməlidir. Redmi K80 seriyasının bu ayın sonuna kimi təqdim ediləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Redmi K80 və Redmi K80 Pro smartfonlarının qeyri-rəsmi texniki imkanları açıqlanıb
Təqdimata hazırlaşan Redmi K80 və Redmi K80 Pro smartfonlarının qeyri-rəsmi texniki imkanları açıqlanıb
Redmi brendi hələ Redmi K80 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons etməyib. Lakin təqdimatın bu ayın sonuna kimi baş tutacağı gözlənilir. İndi isə insayderlər Redmi K80 smartfonlarının texniki imkanları ilə bağlı yeni təfərrütaları təqdim ediblər.
Xiaomi Ultra Slim Power Bank 5000mAh adlı yeni nazik power bank təqdim edilib
Xiaomi Ultra Slim Power Bank 5000mAh adlı yeni nazik power bank təqdim edilib
Xiaomi şirkəti qlobal bazarda Xiaomi Ultra Slim Power Bank 5000mAh adlı yeni portativ power bank-ı təqdim edib. Şirkətin bu yeni power bank-ı litium-ion batareyanı özündə birləşdirir və onun həcmi 5000 mAh təşkil edir.
Xiaomi avtomobil istehsalı sürətində dünya rekorduna imza atıb
Xiaomi avtomobil istehsalı sürətində dünya rekorduna imza atıb
Xiaomi şirkətinin CEO-su Lei Jun elan edib ki, şirkət avtomobil istehsalı sürəti mövzusunda rekorda imza atıb.
Qlobal bazarda Xiaomi Smart Band 9 Active qolbağı təqdim edilib - QİYMƏTİ
Qlobal bazarda Xiaomi Smart Band 9 Active qolbağı təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti qlobal bazarda yeni büdcəli smart qolbağını təqdim edib. Söhbət, Xiaomi Smart Band 9 Active qolbağından gedir.
Redmi Turbo 4-ün mümkün təqdimat müddəti açıqlanıb
Redmi Turbo 4-ün mümkün təqdimat müddəti açıqlanıb
Xiaomi-nin Redmi brendi bu ay ərzində Redmi K80 və K80 Pro smartfonlarını təqdim etməlidir. Lakin bununla yanaşı Redmi Turbo 4 smartfonu da təqdimata hazırlaşır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!