main-post-cover

    Redmi brendi kompakt ölçülü subflaqman smartfonun təqdimatına hazırlaşır

    Cihazlar+
    18.10.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi gələn ay Redmi K80K80 Pro smartfonlarını təqdim etməlidir. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Redmi brendi üstəlik kompakt ölçülü subflaqman smartfonunun da təqdimatına hazırlaşır. İnsayder bildirib ki, Redmi-nin kompakt ölçülü subflaqman smartfonu 6.3 düym ölçülü ekranla təchiz olunacaq. Kompakt ölçüyə sahib olacağına baxmayaraq smartfon üstəlik 6000 mAh enerji tutumlu batareyanı da əldə edəcək.
         İnsayder güman edir ki, smartfonda teleobyektiv və naqilsiz şarj texnologiyasının dəstəyi olmayacaq. Bununla belə məlumatda qeyd edilib ki, bu, yüksək performanslı subflaqman smartfon olacaq. İnsayder bu smartfonun adını açıqlamayıb. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə vivo şirkəti vivo X200 smartfon seriyası çərçivəsində vivo X200 Pro mini adlı kompakt ölçülü smartfonunu təqdim etdi. Görünür, kompakt ölçülü smartfonlar daha çox şirkətin diqqətlərini cəlb etməyə başlayıblar.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Smart Band 9 Active qolbağının render fotoları ortaya çıxıb
    xiaomi-smart-band-9-active-qolbaginin-render-fotolari-ortaya-cixib
    Xiaomi öz smart üzüyünü patentləşdirib
    xiaomi-oz-smart-uzuyunu-patentlesdirib
    Təqdimata az müddət qalmış insayderlər Xiaomi 15-in əsas texniki imkanlarını açıqlayıblar
    teqdimata-az-muddet-qalmis-insayderler-xiaomi-15-in-esas-texniki-imkanlarini-aciqlayiblar
    Təqdimata hazırlaşan Redmi 14C 5G smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-redmi-14c-5g-smartfonu-geekbench-testlerinden-kecib
    Android 15 hansı Xiaomi, Redmi və POCO smartfonlarında istifadəyə veriləcək?
    android-15-hansi-xiaomi-redmi-ve-poco-smartfonlarinda-istifadeye-verilecek