main-post-cover

    Qatlana bilən vivo X Fold 3 Pro smartfonunun bəzi texniki imkanları açıqlanıb

    Cihazlar+
    27.12.2023
    Emil Nəcəfov
         Bu ilin aprel ayında vivo şirkəti qatlana bilən vivo X Fold 2 smartfonunu təqdim etmişdi. İndi isə şirkət vivo X Fold 3 smartfon seriyası üzərində çalışır. Bu seriyaya adi vivo X Fold 3 ilə yanaşı həmçinin vivo X Fold 3 Pro modelinin də daxil olacağı gözlənilir. İndi isə insayderlər Pro modelin texniki imkanları barəsində məlumatlar veriblər. Beləliklə onların sözlərinə əsasən vivo X Fold 3 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
         Smartfon özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib daxili ekranı birləşdirəcək. Bununla yanaşı smartfon 50 MP-lik əsas arxa kameranı əldə edəcək. Çox güman ki, söhbət, Sony LYT-900 adlı kamera sensorundan gedir. Məlumatda qeyd edilib ki, vivo X Fold 3 smartfonu 100 vatt gücündə naqilli və 50 vatt gücündə naqilsiz şarj texnologiyalarını dəstəkləyəcək. Vivo X Fold 3 smartfon seriyasının gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən vivo X Fold 3 Pro barəsində ilk məlumatlar verilib
    qatlana-bilen-vivo-x-fold-3-pro-baresinde-ilk-melumatlar-verilib
    Vivo X100 flaqman smartfonunun tenxiki göstəriciləri təqdim edilib
    vivo-x100-flaqman-smartfonunun-tenxiki-gostericileri-teqdim-edilib
    Vivo X100 flaqman smartfonu Geekbench testlərindən keçib
    vivo-x100-flaqman-smartfonu-geekbench-testlerinden-kecib
    Vivo Watch 3 smart saatının rəsmi posteri təqdim edilib
    vivo-watch-3-smart-saatinin-resmi-posteri-teqdim-edilib
    Vivo X100-ün rəsmi render fotoları təqdim edilib
    vivo-x100-un-resmi-render-fotolari-teqdim-edilib