Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Cihazlar+
13.05.2024
Emil Nəcəfov
Xiaomi şirkəti hal-hazırda ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir. İndi isə məlum olub ki, bu smartfon Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib və üstəlik insayderlər onun render fotosu ilə texniki özəlliklərini təqdim ediblər. Xiaomi Mix Flip-in sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçməsi onun yaxın zamanda təqdim olunacağına işarə edir. İnsayderlər tərəfindən təqdim edilmiş render fotoda smartfonun arxa paneli əks olunub.
Fotodan da görmək olar ki, smartfonun yuxarı qapağının arxa hissəsində iki ədəd kamera obyektivi və kamera obyektivlərinin aşağı hissəsində böyük ölçülü xarici ekran yerləşəcək. Texniki göstəricilərə gəldikdə isə insayderlər bildiriblər ki, Xiaomi Mix Flip smartfonu 1.5K keyfiyyətli daxili ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 50 MP (OmniVision OV50K) + 60 MP (OmniVision OV60A, 2 qat zoom) ikili arxa kameranı, 32 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
Xiaomi şirkəti bu ilin ikinci yarısında Xiaomi 15 smartfon seriyasını təqdim edəcək.
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il öz yeni qatlana bilən smartfonlarını təqdim edəcək.
Xiaomi Pad 7 planşetlərinin çıxış müddətləri açıqlanıb
Xiaomi Pad 7 planşetlərinin çıxış müddətləri açıqlanıb
Artıq məlumdur ki, Xiaomi şirkəti özünün Xiaomi Pad 7 adlı yeni planşet seriyası üzərində çalışır. İndi isə insayderlər sözügedən planşet seriyasının nə zaman satışa çıxa biləcəyi barəsində məlumat veriblər.
Xiaomi 14 smartfon seriyasının daha bir yeni modeli təqdimata hazırlaşır
Xiaomi 14 smartfon seriyasının daha bir yeni modeli təqdimata hazırlaşır
Xiaomi şirkəti keçən il Xiaomi 14 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya ilk növbədə Xiaomi 14 və Xiaomi 14 Pro modelləri daxil oldular.
POCO F6 subflaqman smartfonu Geekbench testlərindən keçib
POCO F6 subflaqman smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi hal-hazırda POCO F6 adlı yeni subflaqman smartfon üzərində çalışır. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!