POCO M6 Plus 5G-nin render fotosu təqdim edilib və tenxiki imkanları açıqlanıb
Cihazlar+
15.07.2024
Emil Nəcəfov
Artıq məlumdur ki, Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G smartfonunun təqdimatına hazırlaşır. İndi isə insayderlər təqdimata hazırlaşan bu yeni smartfonun render fotosunu və texniki özəlliklərini təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, POCO M6 Plus 5G yastı gövdəni əldə edəcək və onun arxa panelində iki ədəd kamera ilə LED işıqlandırma yerləşəcək.
Texniki özəlliklərə gəldikdə, insayderlər bildiriblər ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym ölçülü LCD ekranla təchiz olunacaq və Snapdragon 4 Gen 2 AE prosessoru vasitəsilə çalışacaq. Üstəlik POCO M6 Plus 5G 108 MP + 2 MP ikili arxa kamera ilə 13 MP-lik ön kameranı əldə etməlidir. Smartfonun 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareyaya və onun gövdəsinin IP53 standartı üzrə sudan qorunma imkanına sahib olacağı gözlənilir. POCO M6 Plus 5G-nin yaxın zamanda təqdim olunacağı güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi K70 Ultra-nın batareya həcmi rəsmi şəkildə açıqlanıb
Redmi K70 Ultra-nın batareya həcmi rəsmi şəkildə açıqlanıb
Təqdimata hazırlaşan Redmi K70 Ultra flaqman smartfonu barəsində yeni təfərrüatlar internetdə ortaya çıxıblar.
Xiaomi Mi Band 9-un render fotosu ortaya çıxıb
Xiaomi Mi Band 9-un render fotosu ortaya çıxıb
Dünən məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti növbəti təqdimat tədbirini 18 iyul tarixində keçirəcək və tədbir çərçivəsində qatlana bilən Xiaomi MIX Fold 4, MIX Flip smartfonları ilə yanaşı həmçinin Xiaomi Mi Band 9 smart qolbağı da təqdim olunacaq.
Təqdimata hazırlaşan Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atıb
Təqdimata hazırlaşan Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atıb
Xiaomi-nin Redmi brendi Redmi K70 Ultra flaqman smartfonu barəsində məlumatları təqdim etməyə davam edir.
Xiaomi HyperOS 2.0-ı ilk əldə edəcək smartfon seriyasının adı məlum olub
Xiaomi HyperOS 2.0-ı ilk əldə edəcək smartfon seriyasının adı məlum olub
Xiaomi şirkəti öz istifadəçi interfeysi olan HyperOS-in ikinci versiyasını smartfonlarında istifadəyə verməyə hazırlaşır.
Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib
Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib
Xiaomi-nin Redmi brendi dünən Redmi K70 Ultra-nın yeni tizer posterini təqdim etdi. Tizer posterdə smartfon qaranlıq fonda əks olunsa da onun arxa panelini görmək olardı.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!