main-post-cover

    OPPO yaxın zamanda çoxlu sayda müxtəlif yeni cihazını təqdim edəcək

    Cihazlar+
    30.04.2024
    Farid Pardashunas
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OPPO şirkəti yaxın zamanda çoxlu sayda müxtəlif yeni cihazını təqdim edəcək. Onların arasında yeni smartfonlar, planşet və naqilsiz qulaqlıq var. Smartfonlar dedikdə OPPO Reno 12 smartfon seriyası nəzərdə tutulur. Məlumata əsasən bu seriyaya minimum iki smartfon daxil olacaq. OPPO Reno 12 və Reno 12 Pro. İnsayder bildirib ki, adları sadalanmış bu smartfonlar ya may ya da iyunda təqdim olunacaq.
         Son məlumat sızıntılarına əsasən OPPO Reno 12 və Reno 12 Pro smartfonları 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, 50 MP-lik əsas arxa kameranı və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəklər. Adi OPPO Reno 12 modelinin MediaTek Dimensity 8200 prosessoru, Reno 12 Pro modelinin isə Dimensity 9200 Plus prosessoru vasitəsilə çalışacağı gözlənilir. Digital Chat Station qeyd edib ki, OPPO şirkəti OPPO Reno 12 smartfon seriyası ilə birlikdə həmçinin OPPO Pad 3 planşetini və OPPO Enco X3 adlı yeni naqilsiz qulaqlığını da təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Qlobal bazarda OPPO A60 smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oppo-a60-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Pad 3 planşeti flaqman texniki imkanlara sahib olacaq
    oppo-pad-3-planseti-flaqman-texniki-imkanlara-sahib-olacaq
    OPPO Reno 12 və Reno 12 Pro-nun bəzi texniki təfərrüatları açıqlanıb
    oppo-reno-12-ve-reno-12-pro-nun-bezi-texniki-teferruatlari-aciqlanib
    OPPO K12-nin render fotosu təqdim edilib
    oppo-k12-nin-render-fotosu-teqdim-edilib