main-post-cover

    OnePlus Ace 3-ün texniki imkanları açıqlanıb

    Cihazlar+
    11.12.2023
    Emil Nəcəfov
         OnePlus şirkəti keçən həftə OnePlus 12 smartfonunu təqdim etdi. İndi isə şirkət onun qlobal versiyasının təqdimatı ilə yanaşı həmçinin OnePlus Ace 3 smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində sözügedən smartfon barəsində yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən OnePlus Ace 3 smartfonu metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcək və onun arxa paneli şüşə materialdan hazırlanmış olacaq.
         Texniki göstəricilərə gəldikdə isə insayder bildirib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. OnePlus Ace 3 Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. O özündə 50 MP + 50 MP + 8 MP üçlü arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OnePlus Ace 3-ün yaxın zamanda təqdim olunacağı gözlənilir
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 12-nin qlobal versiyasının təqdimat tarixi rəsmi şəkildə təsdiqlənib
    oneplus-12-nin-qlobal-versiyasinin-teqdimat-tarixi-resmi-sekilde-tesdiqlenib
    OnePlus 12 təqdim olunub - QİYMƏTİ
    oneplus-12-teqdim-olunub-qiymeti
    OnePlus Nord 5 və Nord CE 5 smartfonlarının hansı prosessorları əldə edəcəkləri açıqlanıb
    oneplus-nord-5-ve-nord-ce-5-smartfonlarinin-hansi-prosessorlari-elde-edecekleri-aciqlanib
    Təqdimatdan öncə OnePlus 12-nin yeni fotoları və texniki göstəriciləri ortaya çıxıb
    teqdimatdan-once-oneplus-12-nin-yeni-fotolari-ve-texniki-gostericileri-ortaya-cixib
    Təqdimata bir gün qalmış OnePlus 12 barəsində yeni rəsmi məlumatlar təqdim edilib
    teqdimata-bir-gun-qalmis-oneplus-12-baresinde-yeni-resmi-melumatlar-teqdim-edilib