main-post-cover

    Növbəti iPhone SE-də olacaq ekran barəsində məlumatlar verilib

    Cihazlar+
    28.03.2024
    Emil Nəcəfov
         Apple şirkətinin hal-hazırda heç şübhəsiz üzərində çalışdığı növbəti iPhone SE smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. IThome saytının vermiş olduğu yeni məlumata əsasən Apple növbəti iPhone SE-yə Çinin BOE şirkətinin istehsalı olan ekranını quraşdırmağı planlaşdırır. Söhbət, 6.1 düym ölçülü OLED ekrandan gedir. Məlumatda qeyd edilib ki, növbəti iPhone SE üçün ekran mövzusunda Apple ilk növbədə Samsung Display Tianma şirkətləri ilə danışıqlar aparıb.
         Samsung Display halında tərəflər qiymət mövzusunda razılığa gələ bilməyiblər. Belə ki, Apple hər bir ekran üçün 25$ təklif etdiyi halda Samsung Display 30$ istəyib. Tianma istehsalı olan ekranlara gəldikdə isə Apple şirkətini həmin ekranların keyfiyyətləri qane etməyib. Bu səbəbdən də Apple növbəti iPhone SE-nin ekranı mövzusunda Çinin BOE şirkəti ilə əməkdaşlıq etmək qərarına gəlib. Qeyd etmək lazımdır ki, növbəti iPhone SE-nin gələn il təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone və MacBook istifadəçilərinin diqqətinə: Apple ID hesabınız oğurlana bilər!
    iphone-ve-macbook-istifadecilerinin-diqqetine-apple-id-hesabiniz-ogurlana-biler
    Apple WWDC 2024 konfransının keçiriləcəyi tarixləri açıqlayıb
    apple-wwdc-2024-konfransinin-kecirileceyi-tarixleri-aciqlayib
    Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!
    qutusu-acilmamis-birinci-nesil-iphone-modeli-15-pro-max-dan-texminen-80-qat-baha-qiymete-satilib
    iPhone SE 4-ün və digər yeni Apple cihazlarının nə zaman təqdim olunacaqları məlum olub
    iphone-se-4-un-ve-diger-yeni-apple-cihazlarinin-ne-zaman-teqdim-olunacaqlari-melum-olub
    Qatlana bilən iPhone-nun neçənci ilə kimi təxirə salındığı açıqlanıb
    qatlana-bilen-iphone-nun-necenci-ile-kimi-texire-salindigi-aciqlanib