Nazik gövdəli Samsung Galaxy Z Fold Special Edition təqdim olunub - QİYMƏTİ
Cihazlar+
21.10.2024
Emil Nəcəfov
Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 6 smartfonunun daha təkmilləşdirilmiş versiyasını təqdim edib. Təkmilləşdirilmiş versiya Galaxy Z Fold Special Edition adlanır. Bu yeni model Galaxy Z Fold 6-dan nazik gövdəsi və ölçüləri böyüdülmüş ekranları ilə fərqlənir. Samsung bildirib ki, Galaxy Z Fold Special Edition modelinin qatlanmış vəziyyətdə qalınlığı 10.6 mm, tam açıq vəziyyətdə qalınlığı isə 4.9 mm təşkil edir. Smartfonun gövdəsi IP48 standartı üzrə sudan qorunur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6 modelinin qatlanmış vəziyyətdə qalınlığı 12.1 mm, tam açıq vəziyyətdə qalınlığı isə 5.6 mm təşkil edir.
Bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2160х1856 piksel keyfiyyətli 8 düym ölçülü daxili Dynamic AMOLED 2X ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376x968 piksel keyfiyyətli 6.5 düym ölçülü xarici Dynamic AMOLED 2X ekranla təchiz olunub. Xarici ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Qeyd etmək lazımdır ki, yay fəslində təqdim edilmiş Galaxy Z Fold 6 modeli özündə 7.6 düym ölçülü daxili ekranı və 6.3 düym ölçülü xarici ekranı birləşdirir. Galaxy Z Fold Special Edition modeli Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 512 GB daxili yaddaş həcmini əldə edib.
Kameralar mövzusunda smartfon 200 MP + 12 MP + 10 MP üçlü arxa kameraya, daxili ekran üzərində 4 MP-lik ön kameraya, xarici ekran üzərində isə 10 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə, Galaxy Z Fold Special Edition 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Samsung bildirib ki, Galaxy Z Fold Special Edition 25 oktyabr tarixində satışa çıxacaq və eksklüziv olaraq yalnız Cənubi Koreyada satılacaq. Smartfonun qiyməti isə 2040$ təşkil edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hələ təqdim olunmamış Samsung Galaxy A26 5G smartfonu Geekbench testlərindən keçib
Hələ təqdim olunmamış Samsung Galaxy A26 5G smartfonu Geekbench testlərindən keçib
Samsung hal-hazırda Galaxy A seriyasının bir neçə yeni smartfonu üzərində çalışır. Onların arasında Galaxy A26 5G də var. İndi isə məlum olub ki, Galaxy A26 5G smartfonu Geekbench testlərindən keçib.
Samsung Galaxy A36 5G-nin render fotoları təqdim edilib
Samsung Galaxy A36 5G-nin render fotoları təqdim edilib
Samsung şirkətinin hazırladığı Galaxy A36 5G smartfonu bir neçə gün bundan öncə Geekbench testlərindən keçmişdi. İndi isə OnLeaks ləqəbli məşhur insayder GizNext adlı sayt ilə birlikdə bu smartfonun render fotolarını təqdim edib.
Samsung Galaxy A16 4G smartfonu təqdim edilib
Samsung Galaxy A16 4G smartfonu təqdim edilib
Samsung bir neçə müddət bundan öncə Galaxy A16 5G smartfonunu təqdim etdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib. 4G versiyanın 5G versiyadan əsas fərqi prosessordadır.
Exynos 2500 prosessoru yeni konfiqurasiyada ortaya çıxıb
Exynos 2500 prosessoru yeni konfiqurasiyada ortaya çıxıb
Samsung şirkəti iyul ayında maliyyə hesabatını təqdim edən zaman bildirmişdi ki, o, Exynos 2500 flaqman prosessoru üzərində çalışır. Daha sonra isə bu prosessorun Geekbench testlərindən keçdiyi məlum olmuşdu.
Samsung Galaxy Fold 6 Special Edition-un mümkün təqdimat tarixi məlum olub
Samsung Galaxy Fold 6 Special Edition-un mümkün təqdimat tarixi məlum olub
Samsung qısa reklam videosunu təqdim edib. Təqdim edilmiş videonun sonunda bir tarix əks olunub. Bu, şirkətin növbəti təqdimat tədbirinin tarixini əks etdirir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!